Tər xəstənin ovcundan axır və toxunduğu bütün əşyalar dərhal yaş olur…

13:00 20-06-2023 | icon 592 | Sağlamlıq
Tər xəstənin ovcundan axır və toxunduğu bütün əşyalar dərhal yaş olur…

Nərminə Abbasova: “Hiperhidroz dərhal həkim müayinəsi tələb edir, çünki ciddi xəstəliyin əlaməti ola bilər”

 

“Tibbi təcrübədə hiperhidroz dedikdə, fiziki amillərdən: hərəki fəallığın artması, istilənmə, ətraf mühitin yüksək temperaturu və sairdən asılı olmayaraq baş verən qarışıq tərləmə başa düşülür. Hiperhidrozun müxtəlif növləri arasında daha çox yayılanı ovucların hiperhidrozudur. Dünya əhalisinin təxminən 3% -i bu xəstəlikdən əziyyət çəkir”.

 

Bu sözləri hiperhidroz xəstəliyi ilə bağlı oxucularımızı məlumatlandırmasını xahiş etdiyimiz MayoMed Klinikasının Baş həkimi, terapevt Nərminə Abbasova deib.

 

Həkim bildirdi ki, bəzən hiperhidroz o qədər ağır olur ki, tər sanki xəstənin ovcundan axır və insanın toxunduğu bütün əşyalar dərhal yaş olur. Onun sözlərinə görə, bu məhdudlaşdıran vəziyyət, xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir, onların tam dəyərli həyat keçirmək, xüsusilə də ünsiyyət imkanlarını məhdudlaşdırır:

 

“Hiperhidroz tez-tez insanların həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi narahatlığa səbəb olur. Öz problemini bilən bir insan bunun ən namünasib anda baş verə biləcəyini və başqalarına narahatlıq gətirəcəyini gözlədiyindən, daimi gərginlik içərisində olur. Bu əsəbi intizar tərləməni daha da artırır”.

 

 

Həkim deyir ki, yerli hiperhidroz ovucun, dabanın, qoltuqaltı nahiyənin, alnın və bədənin digər hissələrinin güclü tərləməsi şəklində təzahür edir:

 

“Aşkar səbəbi məlum olmayan generalizə olunmuş hiperhidroz dərhal həkim müayinəsini tələb edir. Çünki bu, ciddi bir xəstəliyin əlaməti ola bilər. Hiperhidroz tər ifrazını tənzimləyən sinir sisteminin periferik və mərkəzi şöbələrinin zədələnmələri, hormonal pozuntular və ekzogen intoksikasiya zamanı meydana çıxır. Həddindən artıq tərləmənin səbəbini müəyyən etmək üçün xüsusi testlər və nevroloji müayinə aparılır, hormonal profil yoxlanılır. Xoşagəlməz simptomları aradan qaldırmaq üçün sedativ preparatlardan, fizioterapiya və psixoterapiya metodlarından istifadə olunur”.

 

Hiperhidrozun yaranma səbəblərindən bəhs edən Nərminə xanım bildirdi ki, bu xəstəliyin meydana gəlməsinin arxasında duran amilləri aydınlaşdırmaq üçün bütövlükdə tərləmə prosesinin fiziologiyasını başa düşmək lazımdır:

 

“Tərləmə insan bədənində daim meydana gələn sulu sekresiyanın, yəni tərin tər vəziləri tərəfindən ifraz olunması fizioloji prosesidir. Tər - dərialtı piy təbəqəsində yerləşən tər vəziləri tərəfindən istehsal olunur. Ən çox tər vəziləri qoltuqaltı çuxurda, ovucda və ayağın altında yerləşir. Kimyəvi tərkibinə görə tər 97-99% müxtəlif duzların su ilə qarışığından və digər mürəkkəb üzvi maddələrin qarışığından ibarətdir. Bu maddələrin tər mayesində mövcud olması və konsentrasiyası müxtəlif insanlarda fərqlidir, buna görə də ayrı-ayrı insanlara xas olan tərin fərdi qoxusu olur. Bundan əlavə, dəri səthindəki piy vəzilərinin ifrazatı və bakteriyalar da tərin tərkibinə qarışır. Tərin xoşagəlməz iyi, məhz bakteriyalara görə olur”.

 

 

Həkim onu da qeyd etdi ki, hiperhidroz bir sıra sinir-əsəb, somatik xəstəliklərin əlamətlərindən biri və ya şəxsi gigiyena qaydalarına əməl olunmamasının nəticəsi ola bilər. Onun sözlərinə görə, klinik olaraq birincili və ikincili hiperhidroz ayırd edilir:

 

“Birincili hiperhidroz daha çox yetkinlik dövründə, sürətli cinsi yetişkənlik mərhələsində rast gəlinir və insanların 1%-də baş verir. İkincili hiperhidroz bir qayda olaraq, nevroloji, endokrin və ya somatik xəstəliklərin nəticəsində meydana çıxır. Hiperhidroza səbəb olan amillərin müəyyənləşdirilməsi, xəstənin sonrakı müayinə və müalicəsi üçün proqramı müəyyənləşdirir. Tər vəziləri təri əmələ gətirir və dəri səthindəki məsamələr vasitəsilə xaric edir. İnsan orqanizmində tərləmənin normal tənzimlənməsi, metabolik proseslər, qan dövranı, ifrazat və çoxalma üçün cavabdeh olan vegetativ sinir sistemi tərəfindən təmin edilir. Vegetativ sinir sistemi 2 hissəyə bölünür: simpatik və parasimpatik.

Tərləmə prosesi simpatik vegetativ sinir sistemi tərəfindən tənzimlənir. Simpatik sinir sisteminin hiperfunksiyası zamanı tər vəzilərinin normal işində dəyişiklik baş verir: ən kiçik həyəcan nəticəsində insanı dərhal tər basır”.

 

Nərminə xanım vurğuladı ki, ümumi hiperhidrozun yaranmasına müəyyən amillər səbəb ola bilər. Bunlar endokrin xəstəliklər, tireotoksikoz, feoxromositoma, qadınlarda menopauza və sairdir. Həkim yerli hiperhidrozun səbəbləri kimi isə insan bədənində tərləmə prosesindən məsul olan simpatik sinir sisteminin patoloji fəaliyyətini qeyd etdi.

 

Həkim deyir ki, əgər hiperhidroz vaxtaşırı olaraq baş verirsə, onda bu barədə narahat olmaq lazım deyil. Lakin həddən artıq tərləmə daimi şəkildə olduqda, həkimə müraciət etmək və hiperhidrozun səbəbini təyin etmək barədə düşünmək lazımdır:

 

“Hiperhidroz – subyektiv bir şikayətdir. Yəni xəstələr digər insanlara nisbətən daha çox tərlədiklərini hiss edirlər. Xəstə paltarlarının üzərində tərdən nəm ləkələri tapır, özü də yalnız qoltuqaltı nahiyədə deyil, həmçinin sinəsində və ya kürəyində də bu izlər olur. Tərləmə dərinin soyuması və uzaqdan aşkar hiss olunan xoşagəlməz, kəskin tər qoxusu ilə müşahidə olunur. Xəstələr çox miqdarda tərin yalnız bədənin müəyyən hissələrində – məsələn, ovucda və ayağın alt səthində, sifətdə meydana çıxdığını bilirlər. Onu da bilsinlər ki, artan tərləmə stress, əhəmiyyətsiz fiziki yüklənmələr və qida qəbulu ilə də mümkündür. Eyni zamanda, şəkərli diabet zamanı tez-tez piylənmə müşahidə olunur. Digər bir səbəb isə hiperhidrozun psixoloji pozuntulara da səbəb olmasıdır. Məsələn, bir insan utancaqlıq və narahatlıq hissi keçirməyə, başqaları ilə təmasdan qaçmağa başlayır. Xəstənin peşə fəaliyyətlərinə maneçilik törədən, insanlarla tanış olmağı və əlsıxmanı çətinləşdirən ovuçların artan tərləməsi böyük narahatlıq yaradır. Fiziki əməyə və ya emosional gərginliyə cavab olaraq tər ifrazının qısamüddətli güclənməsi normal bir variant hesab olunur. Buna baxmayaraq, həyat keyfiyyətini pozan daimi hiperhidroz zamanı mütləq mütəxəssisə müraciət etmək lazımdır”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Hiperhidroz xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi