MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

13:40 24-02-2021 | icon 449 | Siyasət
MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Partiyadan Ermənistanın törətdiyi bəşəri cinayətlərə hüquqi qiymət verilməsi ÇAĞIRIŞI

 

Milli Cəbhə Partiyası (MCP) Xocalı Soyqırımının il dönümü ilə bağlı bəyanat yayıb.

 

Versus.Az Bəyanatı təqdim edir:

 

"XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı hələ də tam hüquqi qiymət almamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir. Həmin gün Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

 

2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu Qarabağı Ermənistanın işğalından azad edərək Dağlıq-Qarabağ münaqişəsinə son qoyub. 30 il işğal altında qalan ərazilərimizin hansı durumda olduğunu bilmir, Ermənistan rəhbərliyinin ən qatı cinayətinin Xocalı qətliamı olduğunu düşünürdük. Bu gün də Xocalı qətliamı 20-ci əsrin ən dəhşətli cinayətlərindən biri olaraq qalır.

Bununla bərabər, işğal altında olan torpaqların azad edilməsindən sonra Ermənistan rəhbərliyinin digər ağır cinayətləri ilə üzləşdik. İşğal etdikləri rayon, şəhər və kəndlərimizi xarabazara çevirmiş, daşı daş üstündə qoymamışlar. Artıq xarici mətbuat azad edilən Azərbaycan şəhərlərini “ruh şəhər", "Qafqazın Xirosiması" və "Stalinqrad" adlandırıb.

 

Bu dəhşətli cinayətlər Ermənistan rəhbərliyinin Xocalı qətliamı ilə bağlı dünya ictimaiyyətinə yanlış məlumat verdiyinin əyani sübutudur. Ermənistan hərbi-siyasi xuntası Xocalı soyqırımını bilərəkdən törədib və bəşəri cinayətlərə yol verib.

Bu faktları nəzərə alaraq Azərbaycan Parlamentində təmsil olunan Milli Cəbhə Partiyası (MCP) dünya ictimaiyyətini, hökumətləri və beynəlxalq təşkilatları Xocalı Soyqırımı faktını tanımağa və Ermənistanın hərbi-siyasi rejiminin törətdiyi bəşəri cinayətlərə hüquqi qiymət verilməsinə çağırış edir".

 

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür