Bakıda buz bağlayan yollar - SİYAHI

10:48 25-02-2021 | icon 273 | Sosial
Bakıda buz bağlayan yollar - SİYAHI

Hazırda Bakı şəhəri üzrə buz bağlayan yolların siyahısı açıqlanıb.

 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, paytaxtda əksər küçə və prospektlərdə yollar qardan təmizlənib:

 

“Hazırda işlər davam etdirilir. Polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Mərkəz istiqamətində olan küçə və prospektində vəziyyət normaldır”.

 

“20 Yanvar körpüsü, “Şamaxınka dairəsi”, Ziya Bünyadov prospekti, Tbilisi Prospekti, Günəşli və Yasamal rayonu ərazisində buzlaşma var. Bu istiqamətlərdən keçmək istəyənlər sürücülər sürət həddinə fikir verməli, ara məsafəsini qorumalıdırlar”, - deyə V.Əsədov əlavə edib. 

 

Şöbə rəisi sürücülərə də müraciət edib:

“Enişli-yoxuşlu, sərt döngəli yollarda sürüşmə ehtimalı yüksəkdir. Manevr edən zaman diqqətli olsunlar. Texniki cəhətdən nasaz olan maşınlar avtomobil yollarında yol-nəqliyyat hadisələrin yaşanmasına şərait yaradır. Şəxsi avtomobildən istifadə edən sürücülər yol nişanlarının tələblərinə riayət etsinlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol