Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

10:50 25-02-2021 | icon 523 | İdman
Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

17 yaşadək millimizin (U-17) türkiyəli futbolçusu Sərkan Aydın Türkiyədə klubunu dəyişib.

 

Versus.Az Türkiyənin “Özgür Kocaeli” qəzetinə istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü sol cinah müdafiəçisi çıxış etdiyi “Kocaelispor”un aşağı yaş qrupu üzrə komandasından ayrılmaq istəyib.

 

O, İzmirə gedib və bu şəhərin “Altınordu” klubu ilə anlaşıb.

 

Onu da bildirək ki, “Kocaelispor”un U-19-da çıxış edən Sərkan Aydın əsas komanda ilə yoxlama oyununda meydanda olmuşdu.

 

Qeyd edək ki, hazırda Türkiyə II divizionunda çıxış edən “Kocaelispor”da 2015-ci ildə U-17 millimizdə çıxış etmiş Murat Akpınar da forma geyinir. 22 yaşlı yarımmüdafiəçi Super Liqa klubu “Trabzonspor”a məxsusdur və İzmit komandasında icarə əsasında çıxış edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı