Amerikalı tanınmış pop ifaçı Beyonse özünün “Ivy Park” brendinin geyimlərini nümayiş etdirib.
“Korrespondent” nəşrinin məlumatına görə, müvafiq fotosessiya ulduzun “Instagram” səhifəsində yerləşdirilib.
Qeyd olunur ki, müğənninin idman üslubundakı geyimləri “Adidas”la birlikdə hazırlanıb.
İzləyicilərin bir çoxu Beyonsenin yeni kolleksiyasını bəyənib və onun paylaşımının altından xoş sözlər yazıb.
Təqdim olunan geyimlərin qısa müddət ərzində satıldığı bildirilir.