““Azəriqaz”-ın əməlləri xalqı iğtişaşa aparır”

19:35 22-10-2018 | icon 894 | İqtisadiyyat
““Azəriqaz”-ın əməlləri xalqı iğtişaşa aparır”

 

Razi Nurullayev: “Azəriqaz” Azərbaycan Prezidentini, xalqı aldatmaqla məşğuldur”

 

 

“Hələ qış gəlməyib, amma bu gün yüzlərlə ailələr, 10larla qəsəbə var ki, onlarda qaz şam işığı kimi yanır. “Azəriqaz” isə bəyan edir ki, guya kifayət qədər rezervləri var və qaz kifayət qədər yüksək təzyiqlə verilir. Yalan danışırlar”.

 

Bunu Versus.Az-a açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədrinin sözlərinə görə, “Azəriqaz” Azərbaycan xalqını, prezidentini aldatmaqla məşğuldur:

 

“Azərbaycanda iğtişaşlar baş qaldırsa, insanlar ayağa qalxsa, buna “Azəriqaz” səbəb olacaq. Çünki insanlar çox narazıdır, sabah evində donsa, sakit oturmayacaqlar. “Azəriqaz”-ın əməlləri xalqı iğtişaşa aparır”.

 

Azərbaycanda məhz qaz verilişiylə bağlı çox ciddi təlatümlərin gözlənildiyini vurğulayan partiya sədri qeyd edib ki, vətəndaşlar bu kimi problemdən dolayı boğaza yığıldıqda, artıq tapdanan haqqını başqa yolla qaytarmaq istəyəcək:

 

“Bu gün Avropanı qazla təmin edirik, amma Azərbaycanda yaşayan insanlarımız qaz üzünə həsrətdilər. Az-çox qaz olan rayon və qəsəbələrdə isə təzyiq o qədər zəifdir ki, olmasa ondan yaxşıdır. Məsələn, Novxanıda hətta yay fəslində də qazın təzyiqi zəif olur. Eyni zamanda Bakının bəzi mərkəzi yerlərində də qaz qıtlığıdır. Amma hər dəfə “Azəriqaz” yanlış məlumatlarla hökməti aldadır. Bu minvalla “Azəriqaz” Azərbaycan xalqının düşməninə çevriləcək”.

 

“Azəriqaz”ın yarıtmazlığından xalqın haqlı olaraq hiddətləndiyini qeyd edən Razi Nurullayev bildirib ki, “Azəriqaz”da işinin öhdəsindən gələ bilmiyən rəhbərlik istefa verməlidir:

 

“Ciddi yoxlama aparılmalıdır. Heç şübhə etmirəm ki, “Azəriqaz”da korrupsiya, rüşvət əməlləri var. Ola bilsin ki, onlar hansısa istixanalara, şirkətlərə yüksək təzyiqli qaz verirlər ki, bunun da nəticəsində digər abonentlər problemlə üzləşməli olurlar”.

 

AXCP sədri sözügedən məsələyə birbaşa Azərbaycan Prezidentinin qarışmasını məqsədəuyğun sayıb. Hesab edir ki, ölkə başçısı qazla bağlı xüsusi toplantı keçirməli, müsbət həlli yönündə tapşırıqlar verməli, “Azəriqaz” rəhbərliyindən hesabat tələb etməlidir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür