Tanınmış jurnalist “Beynəlxalq Kartacana” mükafatına layiq görülüb

07:36 23-10-2018 | icon 721 | KİV
Tanınmış jurnalist “Beynəlxalq Kartacana” mükafatına layiq görülüb

İtaliya-Azərbaycan Dostluq Dərnəyinin həmsədri “Beynəlxalq Kartacana” mükafatına layiq görülüb.



Romada İtaliya-Azərbaycan Dostluq Dərnəyinin həmsədri, tanınmış türk jurnalist Dündar Keşaplı İtaliyanın Kartacana Akademiyasının “Beynəlxalq Kartacana” (Premio Internazionale Cartagine) mükafatına layiq görülüb.



Versus.Az xəbər verir ki, Avropada və türkiyədə yaxından tanınan jurnalist Dündar Keşaplı İtaliyada ilin ən müvəffəqiyyətli xarici müxbir kimin iki ölkə arasında uğurlu fəaliyyətinə görə Akademiyanın rəhbəri, professor Alessandro Della Posta tərəfindən mükafatla təltif olunub.



Beynəlxalq mükafata layiq görüldüyü üçün çox xöşbəxt olduğunu bildirən Dündar Keşaplı bütün növ xəbərləri xüsusən də idman sahəsində informasiyaları hər iki ölkənin ictimaiyyətinə operativ sürətdə çatdırılmasına çalışdığını bildirib.

 

İndiyədək İtaliya mətbuatında fəal çıxış edən, “Skytg24”, “Tgcom24”, “Rai” nüfuzlu telekanalların proqramlarına qatılan və İtaliya-Azərbaycan Dostluq Dərnəyinin həmsədri olduğunu diqqətə çatdıran jurnalist Dündar Keşaplı öz çıxışında Azərbaycan ilə İtaliya arasında əlaqələrin sürətlə inkişaf etdiyini də qeyd edib.



Romanın Bələdiyyə binasının “Protomoteca” zalında təşkil edilən mükafatlandırılma mərasimində türkiyəli jurnalistdən başqa İtaliyanın ictimai-siyasi, mədəni, idman, incəsənət, moda həyatından 50-yə yaxın nümayəndəsi mükafatlandırılıb.



Onlar arasında yerli ictimaiyyətinin tanınmış nümayəndələri siyasət və beynəlxalq əlaqələr sahəsində Roma şəhərinin meri Virginia Raggi, iqtisadiyyat sahəsində Santi Tomaselli, tibb sahəsində Dr. Marco Morelli yer alıblar.

 

Qeyd edək ki, İtaliyanın Beynəlxalq Kartacana Akademiyası bu ölkənin ictimaiyyətinə göstərmiş olduğu xidmətlərə görə fərqlənən müxtəlif növ peşə sahiblərinin nümayəndələrini hər il mükafatla təltif edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin