"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

15:35 27-02-2021 | icon 542 | Siyasət
"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Fuad Əliyev: "Məğlub Ermənistan bu niyyətinə çatmayacaq"

 

"30 ildən çoxdur ki, Azərbaycana qarşı təcavüzkar siyasət aparan düşmənlərimiz özgə torpaqlarında əbədi hakim olmayacaqlarını yəqin etdikləri üçün həmin ərazilərdə vandallıq törətməklə yanaşı, həm də hər yeri minalayıblar. Biabırçı məğlubiyyətlə üzləşməsinə baxmayaraq, Ermənistan minalı sahələrin xəritələrini verməməklə daha bir hərbi cinayətə qol qoyur".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri qeyd edib ki, Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir:

 

"Başqa dövlətin ərazilərində hərbi təyinatı olmayan ərazilərin minalanması və minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi təkcə ölkəmizə qarşı deyil, bəşəriyyətə qarşı cinayətdir. Liberal Demokrat Partiyası olaraq həmin cinayətlərlə bağlı beynəlxalq qurumlara müraciət etmişik. Bu sənədlərdə uzun illər hərbi xunta rejimi ilə idarə edilən monoetnik Ermənistanın cinayətkar mahiyyətini, faşizm metodları ilə bəşəriyyətə qarşı törətdiyi cinayətləri göstərmişik".

 

ALDP sədrinin sözlərinə görə, düşmənin mülki vətəndaşlarımızın həlak olmasına, məcburi köçkünlərin həmin ərazilərə qayıdışının çətinləşdirilməsinə yönələn məkrli məqsədləri də hərbi cinayətdir:

 

"Amma məğlub Ermənistan bu niyyətinə çatmayacaq. Dövlətimiz planlı şəkildə əraziləri minalardan təmizləyəcək, məskunlaşmanı təmin edəcək. 44 günlük müharibədə bir yumruq kimi birləşən Azərbaycan xalqının, cəmiyyətimizin, o cümlədən siyasi qüvvələrin dəstəyi ilə Qarabağa böyük qayıdışın həyata keçirilməsinin qarşısını heç bir maneə ala bilməyəcək. Çünki biz həmin birliyin və həmrəyliyin sayəsində müharibədə qalib gəlmişik”.  “Yeni Azərbaycan”/

 

LƏMAN
Versus.Az  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin