“İMZA” - İlhamla Mehribanla Zirvələrə

17:38 27-02-2021 | icon 758 | Cəmiyyət
“İMZA” - İlhamla Mehribanla Zirvələrə

"İndi beynəlxalq tribunalda cəzalandırılmaq “növbə”si Xocalı canilərinindir"

 

Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyi Xocalı soyqırmının dünyada tanıdılmasına həsr olunmuş beynəlxalq onlayn konfrans keçirib.

 

Versus.Az xəbər verir ki, bu barədə Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

 

Məlumata görə bu, İMZA-nın Xocalı soyqırımına həsr olunmuş ilk beynəlxalq tədbirinə böyük maraq olub. Dünyanın 10-dan artıq ölkəsindən yüzdən çox iştirakçının qatıldığı tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Xocalı qətliamı zamanı, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. daha sonra faciədən bəhs edən video-çarx nümayiş etdirilib.

 

İMZA-nın Yerli və Beynəlxalq Layihələr departamentinin direktoru, layihənin müəllifi Emil Bayramov erməni faşizminin növbəti qurbanı olmuş Xocalı və onun günahsız dinc sakinlərinin faciəsi barəsində məlumat verib. Bildirib ki, bu soyqırımı cinayətini törədən Ermənistan faktiki olaraq dövlət səviyyəsində terror siyasəti yürüdən ölkə olduğunu sübut edib.

 

Beynəlxalq konfransın moderatoru Elnar Məmmədli iştirakçılara İctimai Birliyin bu layihəsinin məqsədi barəsində məlumat verib. Bildirib ki, onlayn konfrans 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı və bu illər ərzində uğurla reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək məqsədi ilə keçirilir.

 

Siaysi elmlər doktoru, professor Elçin Əhmədov bu ümumbəşəri cinayətin motivləri, düşmən ölkənin qanlı qəddarlıq aktının detalları, erməni dövlətinin terroçu mahiyyəti haqqında müfəssəl məlumat verib. O, hadisənin bütün parametrlərinə görə əsl soyqırımı cinayəti olduğunu əsaslandırıb.

 

Azərbaycan parlamentinin deputatları Ramil Həsən və Naqif Həmzəyev “İMZA”-nın belə bir beynəlxalq konfrans keçirmək təşəbbüsünü yüksək qiymətləndiriblər. Onlar Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına tədbirin ciddi dəstək verəcəyini bildiriblər.

 

1992-ci il fevral ayının 26-da baş vermiş bu bəşəri cinayətdən dərhal sonra bölgədə olmuş jurnalistlərdən biri - litvalı Riçard Lapaitis ermənilərin bu gün də Xocalıda törətdikləri cinayəti ört-basdır etməyə, yalan məlumatları ilə məsuliyyətdən yayınmağa çalışdıqlarını söyləyib:

 

"Onların ən böyük yalanlarından biri guya Xocalının dinc sakinlərinin şəhəri tərk etmələri üçün açdıqları dəhliz barəsində dedikləridir. Bu ağ yalan və əsl erməni riyakarlığıdır".

 

Politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail təmsilçisi Arye Qut, TÜRKSAM sədri Sinan Oğan, Türkiyə Prezidenti Adminitrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, qardaş ölkənin Gənc MÜSİAD təşkilatının idarə heyətinin sədri Yunus Furkan Akbal, jurnalist, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəsi Marina Qonçaruk çıxışlarında soyqırımının beynəlxalq tanıtımı üçün sistemli mübarizə aparmağın əsasını qoymuş “Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməyin zəruriliyini vurğulayıblar. "Bu gün kampaniya dünyada çox tanınıb və fəaliyyəti də effektivdir. Məhz bu kampaniya və dövlətimizin düzgün strateji məlumatlandırma siyasəti nəticəsində dünyanın 10-dan artıq dövləti Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Ona görə də Ermənistan bu kampaniyanın uğurlarından çox ciddi narahatlıq keçirir"-deyə, çıxışçılar bildirib.

 

Alman faşistlərinin ikinci dünya müharibəsi zamanı Florensiya regionunda həyata keçirdikləri soyqırımı cinayəti ilə Xocalı qətliamını müqayisə edən italiyalı jurnalist Karlo Marino çıxışedərək bəşəriyyətə çağırış edib:

 

"Alman faşistləri cəzalarını artıq alıblar, indi beynəlxalq tribunalda cəzalandırılmaq “növbə”si Xocalı canilərinindir".

 

Fransalı tanınmış tarixçi Maksim Quən isə tarixə ekskursiya edərək ermənilərin ötən əsrin əvvəllərində törətdikləri qırğınlar barəsində danışıb. O, Xocalıya qədər misli görünməmiş vəhşiliklərə, insan faciələrinə səbəb olmuş faşist erməni ideologiyasının daşıyıcılarının cəzasız qalmalarının gələcəkdə daha böyük bənzər faciələrə yol aça biləcəyini söyləyib. Onun həmyerlisi, rəssam Reno Baltzinqer isə on bir il ərzində çəkdiyi Xocalı rəsm əsərlərindən bəhs edib. Azərbaycanlıların, dünyanın vicdanlı insanlarının bu əsərləri böyük məhəbbətlə qəbul etdiklərini məmnunluqla vurğulayan rəssam məqsədinin günahsız və məsum xocalıların fəryadını dünyaya çatdırmaq olduğunu ifadə edib.

 

Pakistanlı jurnalist Malik Əyyub Sumbal yazdığı və yeni çapdan çıxmış “Tovuzdan Qarabağa” adlı əsərində erməni vandalizminə detallı toxunduğunu, Xocalı üçün bir gün mütləq ədalətin bərqərar olacağına tam əmin olduğunu qeyd edib. Rusiyalı politoloqlar Sergey Markov və İqor Korotçenko isə erməni cinayətkarlarının bu günə qədər cəzasız qalmalarının yolverilməzliyini, onların hər biri üçün beynəlxalq tribunal qurulmasının ümumbəşəri ədalət prinsiplərinə tam uyğun olacağını arqumentlərlə əsaslandırıblar.

 

İqor Korotçenko isə yaxın gələcəkdə Rusiyanın yeni seçiləcək parlamentinin Xocalı soyıqırmını rəsmən tanımasının zəruri olduğunu bəyan edib.

 

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının Əlaqələndiricisi Yaşar Musayev, TOBB İstanbul Gənc Təşəbbüskarlar Birliyinin və Gənc MÜSİAD təşkilatının idarə heyətlərinin sədr müavini Erdem Dereli, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bernard Bayramova, Norveçdə yaşayan soydaşımız, modelyer və CAN təşkilatının sədri Şervin Nəcəfpur, Avstraliya Azərbaycan Assosasiyasının üzvü, hüquqşünas Cesika Oyta Xocalıya ədalətə nail olunana qədər mübarizəmizin davam edəcəyini, daha sistemli və əzmkar fəaliyyətin davam etdirilməsinin səmərəli olacağına tam əminliklərini bildiriblər.

 

Onlayn konfransda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz. Birgə fəaliyyət göstərilməlidir”- tövsiyyələri xatırladılıb. Türk və Azərbaycan diasporlarının sıx təmaslarının və əməkdaşığının Xocalı həqiqətlərinin beynəlxalq tanıtımına ciddi dəstək verdiyi məmnuniyyətlə qeyd olunub. Beynəlxalq konfransın iştirakçıları 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı tarixi qələbə münasibəti ilə bütün xalqımıza öz təbriklərini çatdırdılar.

 

Sonda konfransın moderatoru ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar "bu qətliamı heç vaxt unutmayacağıq və unutdurmayacağıq" paylaşımı səsləndirilib.

 

Tədbir iştirakçıları belə beynəlxalq tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Təranə Ziyadova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları