Manyak azadlığa çıxır

11:22 28-02-2021 | icon 363 | Maraqlı
Manyak azadlığa çıxır

Rusiyanın Skopin şəhərində iki məktəblini qaçırdaraq təqribən 4 il bunkerdə saxlayan, bu müddət ərzində onlara təcavüz və işgəncə verən manyak Viktor Moxov martın 3-də azadllığa çıxacaq.

 

“Moskovskiy komsomolets”in məlumatına görə, onun qurbanlarından biri Yekaterina Martınova bununla bağlı münasibət bildirib.

 

Qadın etiraf edib ki, bu tarix öncəsi bərk həyəcan keçirir, ancaq Moxovun azadlığı barədə bir il əvvəldən düşünməyə başlayıb.

 

“Qorxduğum üçün deyil, məni 3,5 illik normal həyatdan məhrum edən əzabkeşimin tezliklə sərbəst buraxılaraq normal həyat sürməyə davam etməsi qəribədir”, - deyə o bildirib.

 

 

O, Skopindən uzaqda yaşadığı üçün də qorxmadığını vurğulayıb. Həmçinin, Moxovun qonşuları onu həmin ərazidə yaşamasına icazə verməyəcəklərini deyiblər.

 

Martınova cinayətkarın evinin hazırda boş olduğunu da söyləyib. Manyakın anası 2014-cü ildə vəfat edib, bundan sonra həmin evdə Moxovun keçmiş kamera yoldaşı yaşayıb, ancaq indi ev tərk edilmiş vəziyyətdədir və pəncərələri mismarlanıb.

 

Qeyd edək ki, 2000-ci ildə, həmin vaxtlar 50 yaşında olan Moxov 14 yaşlı Yekaterina Martınovanı və 17 yaşlı Yelena Samoxinanın qaçırıb. Məktəbli qızlar növbəti 1296 günü seks köləsi olaraq manyakın əvvəlcədən öz qarajının altında qazdığı bunkerdə keçiriblər.

 

 

Pedofil taətsizliyə görə əsirləri yemək, su və işıqdan məhrum edir, rezin şlanqla döyür, zirzəmiyə gözyaşardıcı qaz püskürdürdü. Məktəbli qızlardan biri Moxovdan iki dəfə uşaq dünyaya gətirib, hər iki halda cinayətkar uşağı onun əlindən alıb.

 

Qızlar xaricə bir kağız ötürməklə qaçmağı bacarıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol