"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"
Dinarə Məmmədova: "İşğaldan azad olunmuş ərazilərin bərpasında qardaş Türkiyə dəstək verəcək"
"Türkiyə-Azərbaycan Biznes Forumu və İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcək".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.
Dinarə Məmmədova qeyd edib ki, Azərbaycanla qardaş Türkiyə arasındakı müttəfiqlik münasibətləri demək olar ki, yüksək səviyyədədir. Onun sözlərinə görə, bu baxımdan, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Müşavir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin bərpasında qardaş Türkiyə dəstək verəcək:
"Artıq işğaldan azad olunan ərazilərdə bərpa işləri gedir. “Ağıllı kənd” layihəsinin təməli qoyuldu, yollar tikilir, elektrik stansiyaları tikilir, hava limanlarının təməli atılır. Bu işlərdə yerli şirkətlərlə bərabər, Türkiyənin dövlət və özəl şirkətlərinin iştirakı da təmin olunur. Türkiyə şirkətləri artıq azad edilmiş ərazilərdə infrastruktur layihələrinin icrasında iştrak edirlər".
LƏMAN
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”