“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

14:31 01-03-2021 | icon 690 | Siyasət
“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Könül İsmayılova: “Şəhid ailələri və qazilərlə bağlı işlərə nəzarət qurumu yaradılsın

 

“Sosial şəbəkələrdə ictimailəşdirilən problemlər onun göstəricisidir yenə kimlərsə Azərbaycan Prezidentinin əldə etdiyi və dünyanın da şahidi olduğu uğurlara kölgə salmaqla məşğuldular. Etiraf etmək lazımdır ki, buna hardasa kifayət qədər nail də ola bilirlər”.

 

Bunu Versus.Az-a ölkə başçısının fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışı ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.

 

Xanım siyasətçi diqqəti prezidentin “Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir” fikrinə çəkərək, hakimiyyətdə bu prioriteti gözardına alan rəsmilərin mövcudluğunu təəssüflə vurğulayıb:

 

“Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzində olsa da, sosial şəbəkələrdəki paylaşımlardan görürük ki, bir çox şəhid ailələri, qazilər bu diqqətdən kənarda qalıb. Səbəb də həmin narazı qismi qəbul etməyən, qayğıları ilə maraqlanmayan icra başçılarıdır. Bu cür məmurların var olmasının əsas səbəbi isə aparılan islahatların sadəcə yerdəyişmədən ibarət olmasıdır. Prezidentə doğru-düzgün məlumatlar çatdırılmır, yanlış təqdimatlar qoyurlar ortaya”.

 

K.İsmayılovanın fikrincə, media başda olmaqla hər kəs qarşılaşdığı problemləri istimailəşdirərsə, bu zaman Prezident də baş verənlərdən xəbərdar olacaq və lazımi ölçü götürəcək:

 

“Artıq əvvəlki zamanlar deyil. İndi Prezident özü imkan dairəsində mətbuatdan öyrənir ki, harda nə baş verir. Amma mən çox istərdim ki, ümumiyyətlə, konkret olaraq şəhid ailələri və qazilərlə bağlı işlərə nəzarət qurumu yaradılsın. Və o quruma elə rəhbər təyin edilsin ki, o, digərləri kimi ölkə başçısına yanlış məlumatverməsin, eyni zamanda bu həssas insanlarımıza diqqəti, qayğısı olsun”.

 

Qeyd edək ki, dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Könül xanım deyir ki, bu, çox müsbət haldır:

 

“Çünki bu gün demək olar ki, əksər şəhid və qazi ailələrində nə yaşayış təminatı, nə güzəran heç də yaxşı deyil. Məni təəccübləndirən odur ki, müharibə zamanı “Şəhid ailələri, qazilərimiz baş tacımızdır” deyən bəzi məmurlar indi o ailələrin durumunu görməzdən gəlirlər. Hətta sıravi vətəndaşlar kimi onları da get-gələ salmaqdan çəkinmirlər. Xalqı narazı salmaqla isə “5-ci kolon”dakı himayədarlarının dövlət-xalq birliyinə xələl gətirmək kimi təxribatçı istəklərini yerinə yetirirlər”.

 

K.İsmayılova bildirdi ki, MMP-yə məmur özbaşınalığı, rayon icra başçılarının sakinləri incitməsi və bu kimi digər məsələlərlə bağlı şikayətlər daxil olur:

 

“Partiya olaraq çalışırıq ki, o məktub sahiblərini aidiyyatı üzrə idarələrə yönləndirək, partiyanın sədri Hafiz Hacıyev şəxsən həmin problemlərin həll olunub olunmaması ilə maraqlanır. Əslində siyasi partiyanın işi şikayətçinin arxasınca düşüb onun məsələsini həll etmək deyil. Amma biz MMP olaraq çalışırıq ki, insanlarımızı prezidentindən, dövlətindən narazı salanların qarşısını alaq. Çünki MMP istəmir ki, Böyük Qələbəmizə kimlərsə kölgə salsın. Buna nə qədər nail ola bilmişik, göz qabağındadır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər