İrandan Qarabağ AÇIQLAMASI

15:27 01-03-2021 | icon 177 | Siyasət
İrandan Qarabağ AÇIQLAMASI

"Daha sıx iqtisadi əməkdaşlıq əlaqələri qurmaq imkanı yaranıb"

 

İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək.

 

Versus.Az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı Qum şəhərində keçirilən konfransda çıxış edərkən deyib.

 

O bildirib ki, beynəlxalq təşkilatlar münaqişəni həll edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədilər:

 

“Bu səbəbdən də Azərbaycan dövləti işğal altındakı torpaqlarını əks hücumla geri aldı. İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Rəsmi Tehran bölgədə münaqişə baş verməsini və sərhədlərin dəyişməsini istəmir”.

 

A.Ərakçının fikrincə, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yeni siyasi reallıqlar yaranıb və bu reallıqlardan istifadə edib daha sıx iqtisadi əməkdaşlıq əlaqələri qurmaq imkanı yaranıb.

 

Nazir müavini qeyd edib ki, İran bundan sonra da Azərbaycan ilə iqtisadi, siyasi, sosial və mədəniyyət sahələrində əməkdaşlıq əlaqələrini davam etdirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol