“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır!

16:53 01-03-2021 | icon 240 | Cəmiyyət
“STP Təcrübə Proqramı - 2021” layihəsi başlayır!

Sumqayıt Texnologiyalar Parkı (STP) “STP Təcrübə Proqramı - 2021” ödənişli təcrübə proqramına start verir.

 

STP-nin əsas strateji hədəflərindən biri sənaye sektorunda kadr potensialının artırılması, peşəkar mütəxəssisləri yetişdirməklə qeyri-neft sektorunun əmək bazarına öz töhvəsini verməkdir.

 

Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində gənclər Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı olan sənaye müəssisəsində yerli və xarici peşəkarlarla birgə təcrübə keçmək və çalışmaq imkanını əldə edəcəklər. 

 

Təcrübə proqramı STP, onun Biznes Vahidləri və Birgə müəssisələrində 20-yə yaxın müxtəlif peşə və ixtisası əhatə edəcəkdir.

 

Müraciət edən namizədlər əvvəlcədən elan olunmuş meyarlar əsasında seçiləcək. 6 aylıq təcrübə müddətində xüsusi fərqlənmə göstərən iştirakçılar STP-nin tərəfdaşları olan Türkiyənin iri sənaye müəssisələrində təcrübə qazanmaq şansını əldə edəcəklər.

 

Sumqayıt Texnologiyalar Parkı təcrübə proqramına aktiv, məsuliyyətli və nəticəyönümlü, yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli, komandada işləmə bacarığına malik gəncləri toplamaq niyyətindədir. 

 

Xatırladaq ki, hazırda Texnoparkın mövcud əməkdaşlarının 5%-i STP-nin təcrübə proqramlarının uğurlu məzunlarıdır. Belə ki, savadı, bacarığı və işləmək həvəsi yüksək olan, müəssisəmizə faydalı ola biləcək hər kəsin STP-də çalışmaq imkanı mövcuddur.

 

 “STP Təcrübə Proqramı - 2021” layihəsində iştirak etmək istəyən namizədlər müraciət qaydaları, təcrübə üçün mövcud tələblər barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərlər.

 

STP Təcrübə Proqramı – 2021:

LinkedIn – https://www.linkedin.com/showcase/stp-intership

H.Z.Tağıyev AZ5022, Sumqayıt

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı