"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

09:21 02-03-2021 | icon 306 | Siyasət
"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Fuad Əliyev: "Əhval-ruhiyəni qaldırmaqla vətəndaşlara ən böyük hədiyyə vermiş olacaq"

 

"Novruz bayramının vətəndaşlarımız üçün xeyirli-uğurlu olmasını, insanlarımızın sosial-iqtisadi problemlərinin azalmasını arzulayıram. Novruz bayramında adətlərimizə uyğun olaraq, qapılara pay üçün atılan torbalar dolu olsun. Hesab edirəm ki, bu missiyasını bizim iqtidar öz öhdəsinə götürməlidir. Hakimiyyət əlində olan qanunlardan, imkanlardan istifadə edərək vətəndaşların əhval-ruhiyəsini qaldırmaqla ona ən böyük hədiyyəsini vermiş olacaq".

 

Versus.Az xəbər verir ki, bunu Novruz bayramında gözləntilərlə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

Partiya sədri vurğulayıb ki, bura ən sadə halda maaşların artması, qiymətlərin aşağı düşməsi daxil ola bilər:

 

"Rüşvətxorluğun, korrupsiyanın, monopoliyanın qarşısı alınsa, vətəndaşlarımız üçün daha gözəl nəticələrə nail olunacaq. Bu məsələlər həll olunarsa, iqtidar vədəndaşlara böyük hədiyyə verilmiş olar".

 

Fuad Əliyev qeyd edib ki, insanın nə qədər problemi olsa da, ümidlə yaşayır ki, nə vaxtsa bunları həll edəcək. Beləcə, hər günə ümidlə baxır:

 

"Məsələn, çoxumuz hətta həftə sonundan düşünürük ki, artıq 1-ci gündən işimizdə başqa bir dönüş edəcəyik. Amma yeniliyin, dəyişikliyin olması təkcə vətəndaşdan asılı deyil. Təbii ki, evdən, yaxud işdən kənarda baş verən proseslər onun bütün istəklərinin gerçəkləşməsinə imkan vermir. İnsanların ümidləri qırılmasın deyə hakimiyyət əlində olan rıçaqlardan istifadə etməlidir. Hər il büdcədən milyonlarla pullar silinir, bir çox hallarda isə gərəksiz sahələrə şişirdilmiş rəqəmlərlə pullar ayrılaraq mənimsənilir. Amma həmin pullar normal şəkildə normal işlərə sərf edilsə, problemlər yaranmaz. Əsas budur".

 

Diqqəti keçən ildə baş verənlərə yönəldən ALDP sədri bildirib ki, vaxtı ilə ölkədə İcra Hakimiyyət strukturlarda, yaxud digər nazirliklərdə baş verən korrupsiya ilə bağlı ictimaiyyətə dəfələrlə məlumat verilsə də, buna heç bir reaksiya olmurdu:

 

"Hesab edirəm ki, bir neçə il bundan qabaq, Vergilər Nazirliyindəki dəyişiklik hakimiyyətdə yaranan iki qrup arasında gedən mübarizənin nəticəsi oldu. Yəni daha güclü olan qrup köhnə nazirləri yeniləriylə dəyşib. Daha sonra bir neçə icra başçısı və məmurlrın həbsi oldu. Amma bu dəyişiklikdən cəmiyyətimiz heç nə qazanmadı. Ona görə ki, birinci növbədə kadr siyasəti çox zəifdir. Mən anlayıram ki, menecer istənilən idarəni, zavodu idarə edə bilər. Amma vergilər, təhsil, səhiyyə sistemini həmin sahənin peşəkarları, profesional şəxslər idarə etməlidir. Bizdə isə belə deyil. Bizdə əsasən vəzifələrə hakimiyyətə yaxın adamlar təyin olunur, burda peşəkarlıq nəzərə alınmır".

 

Fuad bəy ilə, bürcə inamla dabağlı fikirlərini bildirib. Qeyd edib ki, vaxtilə astrologiya ilə məşğul olub:

 

"Əllə taleyi bilmək, bürclərə görə xarakterləri müəyyən etmək və sair… Bu, gəncliyimdə olub. Amma mən ancaq Allaha inanıram. Bürclər, əllə taleyi bilmək, bütün bunların hamısını insanlar özləri fikirləşib, yəni bu, baş qatmaq üçündür. İnsan gərək Allaha inansın. Kimsə belə şeylərə inanırsa, bu da onun şəxsi işidir.

Mən nə yeni ili, nə bu kimi tarixi təqvimləri xüsusi olaraq qeyd etmirəm. Yəni, ailə-uşaq üçün ailə daxilində qeyd olunur. Lakin mənim üçün bu adi xronoloji tarix dəyişimidir. Bürclər bizi idarə etmir. Yaxşı günləri də Allah bizə verir, pis günləri də. Allah problemləri insanlara bərkimələri üçün verir. Ona görə də Allah nə göndərirsə, onu qəbul etməli, şükr etməli, pisinə də yaxşı deyib qəbul etməliyik. Çünki pis olmasa, insan yaxşı günlərinə qiymət verməyəcək. Hər halda son 20 ildə gəldiyim qənaət budur. Mən bu illər ərzində nə gözlüyürdümsə, Allahın köməkliyi ilə çoxusu həyata keçdi. Yaxın gələcək üçün də istəklərim var. Yəqin ki, Allahın köməkliyi ilə hamısı olmasa da, əsas qismi həyata keçər".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər