Rusiya erməni quldur dəstələrini məhv edə bilər

10:45 02-03-2021 | icon 189 | Siyasət
Rusiya erməni quldur dəstələrini məhv edə bilər

Rusiya silahının keyfiyyətini döyüş əməliyyatları zamanı yetərincə tətbiq edən Azərbaycan tərəfi təsdiqləyib. Ermənistan isə Rusiya silahının keyfiyyətsizliyindən danışaraq, biabırçı kapitulyasiyasına hansısa formada haqq qazandırmaq üçün bəhanə axtarır.

 

Versus.Az xəbər verir ki, bu barədə beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı hərbi müxbir Yevgeni Mixaylov bildirib.

 

Onun sözlərinə görə, İrəvan çox vaxt deyir ki, nəyisə düz başa düşməyib. Bu, onu göstərir ki, Ermənistanda siyasətçilər heç sadə davranmış qaydalarını bilmirlər:

 

“Biz bilirik ki, Azərbaycan Ordusu Rusiya silahlarından istifadə edib və bununla bağlı onlarda problem olmayıb. Yəni ermənilərin Rusiya silahının işləməməsi ilə bağlı bütün bu hay-küyləri bir daha Ermənistanın hazırkı ordusunun ən yeni silahlardan istifadə edə bilmədiyini göstərir. Bundan başqa, Rusiyaya qarşı bu cür hücumlar Ermənistan rəhbərliyinin vəziyyəti obyektiv qiymətləndirə, xarici siyasətdə prioritetləri müəyyənləşdirə bilmədiyini göstərir”.

 

Mixaylov qeyd etdi ki, yalnız Rusiyanın, sülhməramlıların və hərbi bazanın sayəsində Ermənistan bu gün bir dövlət kimi mövcuddur.

 

“Lakin İrəvan oynamaqda davam edir və təxribatlar etməyə çalışır. Rusiya öz silahının nə qədər güclü olmasını Ermənistana faktiki olaraq da göstərə bilər – Qarabağ meşələrində gizlənən erməni quldur dəstələrini məhv etməklə”, - deyə ekspert qeyd edib. /axar.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”