Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

11:23 02-03-2021 | icon 872 | Tarix
Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

02 mart 1949-cu il həyatı boyu neçə-neçə şanlı qələbələrə və müzəffər yürüşlərə müəlliflik etmiş Nuru paşanın (1889-1949) haqq dünyasına qovuşduğu gündür.

 
 
 
Nuru Killigil 1889-cu ildə İstanbulda anadan olmuş, ilkin təhsilini başa vurduqdan sonra əmisi Xəlil paşanın və qardaşı Ənvər paşanın yolunu davam etdirərək, 1906-cı ildə Quru qoşunları məktəbinə daxil olur. 1909-cu ildə bu məktəbi başa vuran Nuru paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayır. 1911-ci ildə Hərbi Akademiyada təhsilini başa çatdırdıraraq, bir sıra hərbi vəzifələrdə xidmət edir. 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə- Azərbaycana gəlməsi ərəfəsində paşa (general)rütbəsi alır və bu rütbədə də həyatını başa vurur.
 
 
1909-cu ildə- 20 yaşında ikən İtaliyada, Liviya və Balkanlarda Osmanlı ordusunun tərkibində müxtəlif döyüşlərdə iştirak etmiş, xidmətinin qalan dövrünü isə türk ordusunun Qafqaz cəbhəsində ingilislərə, ruslara, ermənilərə və digər işğalçılara qarşı döyüşlərdə keçirmişdir.
 
 
 
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi müzəffər Qafqaz İslam Ordusu Azərbaycanın paytaxtını- Bakı şəhərini, Azərbaycan Xalq Cümhuriyyətinin digər ərazilərini- Naxçıvandan Bakıya, Batumdan Gəncəyə qədər çoxsaylı bölgələri, şəhər və qəsəbələri yadelli bolşevik-erməni işğalçılarından azad etmişdir. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Nuru paşa başda olmaqla, yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə döyüşə-döyüşə Bakıya daxil olmuş, minlərlə türk və azərbaycanlı şəhid əsgərin qanı bahasına bu şəhəri erməni-bolşevik işğalçılarından azad etmiş və Bakının Azərbaycanımızın gələcək paytaxtına çevirilməsi sahəsində misilsiz tarixi missiya yerinə yetirmişdir.
Lakin, ikinci Dünya müharibəsinin yekunlarına görə- Osmanlı imperiyasının süqutunun ardından 30 oktyabr 1918-ci ildə Antanta dövlətləri bloku ilə Osmanlı imperiyası hökuməti arasında imzalanan “Mondoros sülh müqaviləsi”nə uyğun olaraq, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu da Bakını və Azərbaycanın milli hüdudlarını, bütövlükdə Qafqazı tərk etmək məcburiyyətində qaldı. Onun rəhbərlik etdiyi ordu həmin ildə buraxıldı, Nuru paşa 1919-cu ildə Batum vasitəsilə Qafqazı tərk etmək istərkən avqustun 8-də ingilis silahlı qüvvələri komandanlığının tapşırığı ilə həbs edildi. Lakin, həbs yerinə aparılarkən yerli müsəlman əhalinin köməyi ilə o, ingilislərin əlindən alınır və gizli yollarla Türkiyəyə yola salınır.
 
 
 
Türkiyəyə qayıdan Nuru paşa öz doğma vətənində yeni sınaqlarla və təqiblərlə üzləşir. O zaman Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik-erməni daşnak hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan və Xalq Cümhuuriyyəti dövlətini müdafiə edən Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirməyə başlayırlar. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Azərbaycan ərazisində sovet hakimiyyətinə və bolşeviklərə qarşı mübarizə aparması faktı ciddi tənqidlə qarşılanır və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qoyulur. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 1918-ci ildə cəbhə tutması realllığı təqdir də olunmadı. Bütün bunlar Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı, sağlamlığında bəzi ciddi problemlər ortaya çıxardı. Bir tərəfdən də həmin illərdə onun maddi dolanışıq çətinlikləri özünü büruzə verməyə başladı ki, bu da Nuru paşanın həyatında ağrılı səhifələrdən birini təşkil edir. Yeni şəraitdə Nuru paşanın ailə üzvləri də pərən-pərən düşmüşdü. Qardaşı Ənvər paşa ingilis təqiblərindən qurtulmaq üçün Rusiyaya sığınmış, anası Ayişə İstanbulda tək qalmış, digər qardaşı Kamil və bacısı Mediha da yeni şəraitin çətinlikləri ilə üzbəüz qalmışdılar…
 
 
 
1920-ci il sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşulmaq qərarı verir və Sarıqamış ətrafındakı döyülərə qatılır. Mənbələrin verdiyi məlumata görə, Nuru paşa bu döyüşlərə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə birgə daxil olur ki, bu da bir daha onun Azərbaycana bağlılığının nümayişi idi. Həmin döyüş mənbələrin məlumatına görə, uğurla nəticələnir və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirir. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə bölgədə Türkiyəyə qarşı vuruşan erməni və digər silahlı qruplarını darmadağın edərək, Ərzuruma daxil olur. Bundan sonrakı dövrdə, tarixi mənbələrin verdiyi məlumata görə, Nuru paşa səhhətində yaranan problemlərə görə hərbi xidmətdən birdəfəliik ayrılır və bir müddət xaricə müalicəyə yollanır.
 
 
 
1921-1924-cü illərdə Nuru paşa Almaniyada müalicə alır və müəyyən özəl sahibkarlıq fəaliyyətləri quraraq, orada yaşamağa məcbur olur. 1923-cü ildə təkrar Türkiyəyə qayıdır və ömrünün sonunadak öz ölkəsində yaşayır.
 
 
 
1927-ci ildə Türkiyədə ilk sənaye üsulu ilə silah istehsal edən Sütlücə fabrikini Nuru paşa qurur və ömrünün sonuna qədər onun işinə rəhbərlik edir, ordu üçün silah istehsalı ilə məşğul olur. 1949-cu il martın 2-də fabrikin mərmi saxlanılan anbarlarından birində işçilərin ehtiyatsızlığı nəticəsində yanğın başlayır və partlayış olur. Bu partlayışdan fabrikin digər işçilərini xilas etmk istəyən, Türkiyənin Çanakqala və Kütül Amarə zəfərləri ilə yanaşı, üç əsas qələbəsindən birinə- Qafqaz İslam Ordusunun müzəffər Bakı əməliyyatına rəhbərlik etmiş rəşadətli komandan, Bakı Fatehi Nuru paşanın özü də həyataını itirir.
 
 
 
Nuru paşanın əziz və nurlu xatirəsi, Qafqaz İslam Ordusunun Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı unudulmaz xidmətləri, qəhrəman türk-azərbaycanlı əsgərlərin rəşadətli döyüşləri ötən əsrin sonlarından öz müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikasında həm cəmiyyət, həm də dövlət səviyyəsində daim xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Azərbaycan xalqının qəlbində və Bakı şəhərinin Şəhidlər xiyabanında, respublikanın digər ərazilərində Qafqaz İslam Ordusuna ucaldılan xüsusi abidə kompleksi hesab oluna bilər.
 
 
 
Əli Həsənov
/Professor/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş