Partiya sədri: YAP buraxılmalıdır

12:53 02-03-2021 | icon 920 | Siyasət
Partiya sədri: YAP buraxılmalıdır

“YAP-ın üzvləri Ramiz Mehdiyevin diktəsi ilə oturub-dururlar”

 

"Yeni Azərbaycan Partiyası buraxılmalıdır. Çünki orada olanların əksəriyyəti etimadı doğrultmayıb".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

Partiya sədri bildirib ki, rəhmətlik Heydər Əliyevin partiyasından əsər-əlamət yoxdur. Onun sözlərinə görə, müəyyən qruplar özlərinə uyğun komanda yaradıb keçmiş işçilərin hamısını qovdular:

 

"Orada “91-lər”, dövləti sevənlər var idi. İndikilərin əksəriyyəti isə elə-belədir, “hibrid”dir. Mən onları “hibrid” adlandırıram, çünki sonradan gələnlərdir. Diqqət etsək, YAP-dakıların çoxu elə korrupsiyanın başında duranlar olub. Cənab Prezident təmizləmə işləri aparanda baxır ki, YAP-ın üzvü çıxır. Partiyanı təmsil edənlərin əksəriyyəti də xəyanətkardır. Məsələn, Tağı Əhmədov. Getdi nə oyunlardan çıxdı? Hamısı YAP-dan alət kimi istifadə edirlər”.

 

H.Hacıyevin fikrincə, sözügedən partiyada ümumiyyətlə, sədrə layiq komanda yoxdur: Onun sözlərinə görə, komanda Ramiz Mehdiyevin komandasıdır:

 

"Ümumiyyətlə, deyərdim ki, YAP Ramiz Mehdiyevin partiyasıdır. Təkrar edirəm, YAP tam tərkibdə dəyişdirilməlidir. Cənab Prezident müdrik insandır, bu barədə fikrini deyəcək. Prezident bilməlidir ki, partiyanın əksər üzvləri ona xəyanət edirlər, Ramiz Mehdiyevin diktəsi ilə oturub-dururlar. Hər-halda bu partiya zamanın tələblərinə uyğunlaşmır, mənasız bir şeydir. Prezident bütün Azərbaycan xalqının prezidentidir. Prezidenti hər kəs sevir, o cümlədən bizim Müsavat partiyasının da fəxri sədridir. Biz ölənə qədər də Prezidentimizi müdafiə edəcəyik”. /Pravda.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol