“Yanlış, ya düz, hakimiyyət bizi yaman yerdə “yaxalayıb””

18:27 05-02-2018 | icon 476 | Siyasət
“Yanlış, ya düz, hakimiyyət bizi yaman yerdə “yaxalayıb””

“Seçkinin önə çəkilməsinin səbəbləri çox ola bilər. Yanlış, ya düz, hakimiyyət bizi yaman yerdə “yaxalayıb””.

Bunu Versus.Az-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev növbədənkənar prezident seçkisinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə bağlı səbəbləri açıqlayarkən bildirib. Seçkinin növbədənkənar keçiriləcəyi ilə bağlı ilkin ehtimalları hələ 2 ay əvvəldən açıqladığını deyən partiya sədri hesab edir ki, seçkilərin vaxtının önə çəkilməsinə ən ciddi səbəb hakimiyyətin daxilində baş verən çox gərgin hadisələrdir:

“Bir qrup hakimiyyət mənsubları hesab edirlər ki, onların xidmətləri müstəsnadır, hakimiyyətin zəmini onlardır, toxunulmaz və dəyişilməzdilər. Təbii ki, bu sözgəlişi söylənmir və düşünülmür. Həmin qrupun nəzarətində olan konkret daxili idarəçilik mexanizmləri, beynəlxalq dəstək, maliyyə resursları və fiziki güc mövcuddur. Bu qrupa qarşı gözlənilməzlik amilindən istifadə olunduğunu düşünürəm. Bu qrupun söykəndiyi beynəlxalq mərkəzin özünün də bu dövrdə başı seçkiyə qarışmış olacaq”.

Ə.Əliyev digər faktor kimi beynəlxalq amilin üzərində dayanıb:

“Hər dəfə planlaşdırılan seçki kampaniyasına geniş müdaxilələr olduğundan, belə bir seçkilər müşküllərin sayını azalda bilər. Həm də əsas mənfi təsir rıçaqı rolunda çıxış edən Rusiyanın özünün başı seçkilərə qarışmış olacaq”.

Ə.Əliyev deyib ki, üçüncü uduş amili hakimiyyət üçün müxalifətin qəfil haqlanmasıdır:

“Adətən müxalifətimiz “dinozavr” kimi yöndəmsiz hərəkət etdiyindənkonsolidasiyanı yaz mövsümünə saxlayırdılar. Bu addım həm də müxalifəti pərakəndə vəziyyətdə saxladı”.

VİP sədri seçkinin növbədənkənar kemirilməsində başqa bir amilin potensial namizədlərlə bağlı olduğunu qeyd edib:

“Onların seçki hazırlıqları plana uyğun yaz-yay mövsümünə təsadüf etdiyindən əksəriyyət hələ seçki ovqatında deyil.səbəbdən vaxtın irəli çəkilməsi təbii şəkildə bəzilərini çıxdaş edəcək.

Bir məsələ də hakimiyyət üçün “baş ağrısı” olan siyasi məhbus məsələsidir. Novruza böyük bağışlanma aksiyası ola bilər. Seçki təqvimi elə tərtib edilib ki, həmin şəxslərdən iddialılar seçkidən kənarda qalacaq. Bu amillər ilk ağıla gələnlərdir”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı