"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"


"Nikol Paşinyan hakimiyyətə Qarabağı vermək üçün gəlib. İndi isə o, Rusiyanı Ermənistanın geosiyasi maraqlar sferasından çıxartmağa çalışır".
Versus.Az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının deputatı Naira Zöhrabyan deyib.
O, Paşinyanın Ermənistanın geosiyasi oriyentasiyasını Qərbə transformasiya etmək fikrində olduğunu bildirib:
“Bu, Türkiyənin regionda birbaşa mövcudluğu deməkdir. Bunun nümunəsini biz Gürcüstanda görürük. Paşinyan Rusiyanı regiondan çıxartmaq istəyir”.
Xəbər lenti

Qarabağ məsələsi Gürcüstan parlamentində
“Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusunda müzakirə aparılacaq