“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

16:38 02-03-2021 | icon 746 | Siyasət
“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Kimisə qane edirdi ki, Azərbaycan 30 il bu vəziyyətdə qalsın”

 

Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan bu regionu əldən vermək istəməyən güclərin hədəfindədir. 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitsə də, maraqlı dairələr regionu öz nüfuzundan çıxarmamaq üçün istənilən yollara əl atır. Azərbaycanın işaldan azad olunmuş torpaqlarında yenidən bərpa işlərinin aparılması, vətəndaşların öz yurdlarına qaytarılması, bütün sərhədlərimizin Azərbaycan əsgərlərinin nəzarəti altına kçməsi, eləcə də hazırda sühməramlıların səyi və iştirakı ilə torpaqlarımızın bir hissəsinə tam nəzarətin əldə olunmaması və erməni silahlılarının hələ də köhnə havalara oynamaq arzusu ölkədəki vəziyyətin heç də rəvan olmadığını göstərir. Vəziyyət ölkə daxilində düşmənə qarşı dayana biləcək monolit birliyin yaranmasını tələb edir və müharibənin fəsadlarının aradan qaldırılması üçün dövlətin ciddi addımlar atmasının vacibliyini üzə çıxarır.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahbə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev gündəmin son diqqət çəkən məqamlarına toxunub.

 

“Ermənistan nəinki öz cinayətlərindən əl çəkdi, hətta...”

 

- Hafiz müəllim, II Qarabağ savaşına baxış etsək, Ermənistanın 30 illik təcavüzünə qarşı Azərbaycanın tarixi hərbi əks hücumu hansı reallığın nəticəsi idi?

 

- Neçə illər erməni terrorçularının ərazilərimizi işğal altında saxlaması Azərbaycan xalqı üçün təhqir idi. Biz hara gedirdiksə, başıaşağı gedirdik. Düşmənin təcavüzünə qarşı ciddi hazırlıqlar aparıldı, Ali Baş Komandanın qətiyyətli mövqeyi, iradəsi ilə hərbi sahədə əldə edilən uğurlu nəticələr Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı ali məqsədini reallaşdırmq imknı yaratdı. Azərbaycan bu illər ərzində işğalçını sülhə çox dəvət etdi. Lakin erməni vandalları öz məkrli niyyətindən əl çəkmədi. Nəhayət Azərbaycan dövləti öz ərazilərini azad etmək haqqını gerçəkləşdirdi. Bunun üçün ölkədə ictimi-siyasi vəziyyət, Azərbaycan xalqının birliyi, siyasi partiyaları mövqeyi üst-üstə düşdü. Ermənistan müharibəni özü yaratdı. Ermənilərin üstəlik o ərazilərdə yerləşməsi, hətta Şuşada yallı getmələri Azərbaycan xalqının hissiyatı ilə oynamaq və təhqir idi. Ermənistan nəinki öz cinayətlərindən əl çəkdi, hətta həyasız təxribatları ilə vəziyyəti daha d alovlandırdı. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın.

Torpaqların azadlığı günü tədricən yetişdi. Cənab Prezidentin daxildə ətrafının təmizlənməsi də bu qələbədə çox böyük rol oynadı. Məsələn, mən dəfələrlə qeyd eləmişəm ki, Prezident Aparatında “5-ci kolon”un başında duran, qohumları erməni olan Ramiz Mehtiyev və onun əlaltıları Prezidentə bu sahədə işlər görməyə imkan vermirdilər. Daxildə olan satqınlar və onlarla işbirliyi quran müəyyən adamlar buna mane olurdular. Prezident hökumət içində təmizləmə aparandan sonra hücum əməliyyatına başlandı və torpaqlarımızın 90 faizi işğaldan azad edildi. Əminəm ki, çox qısa müddətdə Xankəndini və digər nəzarətimizdə olmayan torpaqlarımızı da tamamən işğaldan azad edib, öz qəti mövqeyimizi ortaya qoyacağıq.

 

“Gördülər ki, heç ATƏT-in Minsk Qrupuna ehtiyac da yoxdur”

 

- Məlumdur ki, Qarabağ işğalda qaldığı bir vaxtda torpaqlarımızda sühün yaradılması missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri niyə münaqişəni danışıqlar yolu ilə çözə bilmədi. Beynəlxalq təşkilatlar bizim məsələdə hansı standartı sərgilədi?

 

- ATƏT-in Minsk qrupu 30 il idi ki, Azərbycanın başını qatmaqla məşğul idi. Torpaqlarımızın ermənilər tərəfindən legitimləşdirilməsi, unutdurulması və digər məsələlərlə bağlı Minsk Qrupu münaqişənin həlli prosesinə böyük zərbələr vurdu.  Onlar çalışırdılar ki, Azərbaycan xalqı bu torpaqları unutsun.  Dünya dövlətlərinin erməni işğalına göz yumması və ermənilərə dəstək durması düşməni daha da azğınlaşdırırdı. Onlarda arxayınlıq yaranmışdı ki, bu elə axıra qədər belə davam edəcək. Ona görə də Azərbaycanın rəşadətli ordusu belə bir əməliyyt keçirəndən sonra gördülər ki, heç ATƏT-in Minsk Qrupuna ehtiyac da yoxdur. Buna baxmayaraq bunlar yenə də vəziyyəti qarışdırmaq istəyirlər.

Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər.

Təxribatçı qüvvələr Ermənistanı davamlı olaraq silahlandırıb. Ermənistana silahlar 30 il ərzində pulsuz verilmişdi. Onları məqsədyönlü şəkildə bizə qarşı silahlandırırdılar. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə ilə pulsuz silah gətirilirdi.

 

“Nə status? Status basdırıldı getdi!”

 

- Bizim qələbədən sonra erməniyə havayı silah satan, münaqişədə ikilistandartlar yürüdən dövlətlər bu ədalətsiz yanaşmalarından əl çəkdilərmi?

 

- Qətiyyən o mövqelərdən əl çəkməyiblər. Çalışırlar ki, Azərbycanı özlərinin monopolyalarına qaytarsınlar. Burda baş rolu Rusiya oynayır və Makronun erməni sevgisi ortadadır. Hər halda bu dövlətlər çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin. Azərbaycan uzun illər ərzində aparılan ikili siyasətə qarşı mübarizə aparmağa məcbur olub. Demokratiyadan dəm vuran bəzi qeyri-hökumət təşkilatları və bəzi hökumətlər ədalətsizliyə göz yumurlar. Bunlar o ikilistandartları hələ də davam etdirmək istəyirlər. Biz ayıq olmalıyıq. Çünki çox məsələlər hələ də həll olunmamış qalıb. Çalışmalıyıq ki, ATƏT-in və başqa dövlətlərin bizə olan qısqanc münasibəti, qıcıq verməsi, ermənilərlə bir yerdə olması, torpaqlarımızı alıb ermənilərə vermək istəmsi məsələsində daha da qətiyyətli olaq, daha da birlik nümayiş etdirək. Düşünürm ki, düşmənlərimizin bizi təxribata çəkmələri, qıcıqlandırması davam edəcək, ağızlarına gələni danışacaqlar. Çalışacaqlar ki, millətdə ruh düşkünlüyü yaratsınlar. Biz qətiyyən buna yol verə bilmərik. Artıq işğal altında olan torpaqların azad edilməsi Dağlıq Qarabağ məsələsi bitib. Aranlı-dağlı Qarabağ Azərbaycandır və heç kəs bu gerçəkliyi dəyişə bilməz. Bundan sonra da qətiyyətli mövqedən çıxış etməliyik və Ali Baş Komandanla bir yerdə tam qələbəyə doğru getməliyik. Çünki vəziyyətimiz o qədər də yaxşı deyil, amma hər halda 30 illik bu gözləmə mövqeyindən sonra daha ciddi addımların atılmasının zamanı gəlib çatıb. Onlar bilirlər ki, Azərbaycan artıq 30 il qabaqkı dövlət deyil, gücü, qüdrəti var.

İndi də status məsələsini qaldıraq istəyirlər. Nə status? Status basdırıldı getdi!  Qalıb Xankəndi. Yaxın günlərdə orada da bayrağımız sancılacaq. Biz türk ordusunun Azərbaycana gəlişini sürətləndirməliyik. Necə ol bilər ki, Rusiya gətirib Azərbaycanda - Qarabağda öz ordusunu yığır, baza yaradır, bizim qardaş dövlət olan bir dövlət, Türkiyə bunu etmir? Kimin xoşuna gəlir-gəlmir, biz bu məsələyə ciddi önəm verib, mövqe ortaya qoymalıyıq.

 

“Bunu Azərbaycan Prezidenti də gördü”

 

- Haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan o şanlı qələbəyə hansı ruhla qatıldı, Azərbaycan əsgəri bu döyüşlərdə hansı ruhu nümayiş etdirdi?

 

- Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq. Gənclərimiz bu müharibədə böyük rol oynadı. Müharibədə iştirak edənlərin əksəriyəti kasıb balaları idi. Bu müharibədə vəzifəli şəxslərin qohumları, balaları yox di. Azərbaycanın kasıb təbəqəsinin balaları şəhid, qazi oldular. Bunu Azərbaycan prezidenti də gördü. Bildi ki, ətrafında olan çox məmurlar heç vaxt buna dəstək olmayıblar və bu şanlı müharibədə Prezident daha çox xalqa arxalandı, xalq da onun ətrafında birləşdi. Ona görə də cənab prezident bəzi məmurlarla bağlı çox sərt ittihamlar səsləndirdi, bəziləri həbs olundu. Bu prosesdə siyasi partiyaların birliyi də əhəmiyyətli rol oynadı. Biz bundan sonra da bu birliyi qoruyub saxlamalıyıq. Amma çox təəssüflər olsun ki, Azərbaycanda olan erməni mənşəli insanlar bu birliyi pozmaqdan ötrü müəyyən ermənipərəst dairələrlə birgə çalışırlar. Biz müharibə zamanı yaranan o əhval-ruhiyəni qorumalıyıq. Biz hələ müharibədən qurtarmamışıq. Bizim Milli Məclis bizim hərbçilərin pulunu kəsməklə məşğuldur. Elə bilirlər ki, müharibə qurtarıb. Biz buna qarşı da gedəcəyik. Biz imkan verməyəcəyk ki, prezidentimiz təklənsin. Çalışacağıq ki, bu günə qədər xalq arasında apardığımız təbliğat-təşviqat işlərini axıra qədər davam etdirək. Ali Baş Komandanla bir yerdə olmalıyıq ki, bütün Azərbaycan torpaqlarında bayraqlarımız dalğalansın, qanunlarımız işləsin. Qarabağdan ermənilərin təmizlənməsinə çalışmalıyıq.

 

- Azərbaycanın qələbəsi hansı hərbi-ideoloji hazırlıqdan keçdi?

 

- Azərbaycan qələbəyə çatmaq üçün illər ərzində böyük hazırlıq işləri görürdü. Ölkə bütün gücünü səfərbər etdi, bir çox illər ərzində ardıcıl siyasət aparıldı, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görüldü. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi.  Eyni zamanda, qonşu Türkiyənin böyük dəstəyi oldu. Bundan sonra da birgə işlərimizi görməliyik. Biz müasir silahlar almalı, ordumuzu gücləndirməliyik.

 

“O məmurlar Prezidentin nüfuzunu aşağı salmağa çalışır”

 

- Hafiz müəllim, 25 fevral tarixində Prezident Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edib və bildirib ki, Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir. Bəs məmurlarımız prezidentin tövsiyələrini necə əməl edir?

 

- Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezident özü və xanımı istər müharibə dövründə, istərsə də bu müharibədən əvvəl I Qarabağ müharibəsində iştirak edən şəhid ailələrinə, qazilərinə hər zaman qayğı ilə yanaşıb. Çox təəssüf ki, məmurlar Prezidentin bu xeyirxah əməllərindən dərs götürmür, əksər hallarda insanları incidiblər. Ona görə də Prezident Ramanıda şəhid ailələri və qazilərlə görüşündə öz müsbət fikrini ortaya qoydu. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Qaziləri, şəhid ailələrini incidirlər. Prezident mövqe ortaya qoydu ki, bəlkə digər məmurlar da başa düşər. O məmurlar prezidentin nüfuzunu aşağı salmağa çalışırlar. Ona görə də biz bu məsələləri məmurlardan gözləməməliyik. Prezident özü bu işləri layiqincə yerinə yetirəcək. Biz prezidentin ətrafında birləşməliyik. Qazilərimizə, Şəhid ailələrinə diqqəti artırmalıyıq. Məmurlara Xalqı ruhdan salmağa imkan verməməliyik, daim Ali Baş Komandanın yanında olmalıyıq. Düşmən hə an bir məqam gözləyəcək ki, öz məkrli niyyətini yerinə yetirsin. Vətəni qorumağa hazır olan gəncləri məmurların şəhid ailələrinə, qazilərinə ögey münasibəti ilə ruhdan salmaq olmaz. Çünki hələ müharibə bitməyib.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin