Komitə sədri şəhid Fəqan Zalovun atası ilə görüşüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov ilə görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili onlarla ürək sözlərini bölüşüb.
"Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Şəhid Qəhrəmanımızın ruhu qarşısında dərin ehtiram və minnətdarlıqla baş əyirik! Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan oğlunuz Fəqan Zalov Vətən Müharibəsi zamanı yaralansa da, qısa müddətli müalicədən sonra, öz istəyi ilə yenidən döyüşlərə qayıdıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin igidlik və mərdlik nümayiş etdiridiyi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən oğlunuza "Vətən Müharibəsi Qəhrəmanı" yüksək adı verilib. Fəqan Zalov həmçinin bir sıra medallarla təltif edilib. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, qəhrəman övlad böyütdüyünüz üçün təşəkkür edirik"!
Qəhrəmanın atasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova da iştirak edib və ürək sözlərini bölüşüblər.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"