Dünyanın ən böyük kassasız MAĞAZASI

09:06 03-03-2021 | icon 232 | Maraqlı
Dünyanın ən böyük kassasız MAĞAZASI

Çinin Şanxay şəhərində dünyanın ən böyük “kassasız” mağazası açılıb.

 

“Haber Global”ın məlumatına görə, 370 kvadrat metrlik sahəni əhatə edən “AiFi” şirkətinə məxsus avtonom alış-veriş mərkəzində satıcılar və kassirlər yoxdur. Mağazaya daxil olan alıcılar istədiyi məhsulları götürərək oranı tərk edə bilərlər. İçəridə quraşdırılmış 200 ədəd ağıllı kamera alıcıların bütün hərəkətlərini müşahidə edir və seçilmiş məhsulları vahid virtual səbətə toplayaraq, yekunda onların sahibinə rəqəmsal çek göndərir. Prosesi reallaşdırmaq üçün alıcıların mobil cihazında “AiFi” tətbiqinin olması mütləqdir.

 

Qeyd edək ki, son illərdə “Amazon Go” avtomatik mağazalarının işə düşməsilə “kassasız” alış-veriş mərkəzlərinin rahatlığı məsələsi gündəmə gəlib. Lakin “Amazon”dan fərqli olaraq, Çində bu ideyanı həyata keçirən qurum pərakəndə satış şəbəkəsi yox, rəqəmsal həllər istehsalçısı olan bir şirkətdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol