"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

09:32 03-03-2021 | icon 528 | Siyasət
"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Nizami Verdiyev: "Sağlam əməkdaşlıqdan qaçmağa haqqımız yoxdur"

 

Siyasi partiyaların bir-biri ilə əlaqələri və münasibətlər sistemindəki durum həmişə müzakirə mövzusu olub. 44 günlük müharibədə birgəlik nümayişi siyasi müxalifətin münasibətlərində yeni addımlardan xəbər versə də, hələ ki, vəziyyət orta olaraq qalır.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev siyasi partiyaların bir-biri ilə əlaqələri və münasibətlər sistemindəki duruma münasibət bildirib.

 

O, siyasi partiyalar arasında əməkdaşlıq münasibətlərinin sağlam məcrada qurulması və uğurlu bir nəticənin alınması üçün birinci növbədə liderlərin ictimaiyyətə təqdim etdiyi məqsəd və məramlarına sadiq qalmalarını vacib sayıb.

Yeni toparlanan ictimai-siyasi kəsimin öncə vətən, dövlət, xalq qarşısındakı məsuliyyətini doğru-düzgün müəyyən etməsini mühüm sayan N.Verdiyevin sözlərinə görə, hadisələrin gedişi göstərir ki, müxalifətdəki bəzi qurumlar, fərdlər hələ də keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmayıb:

 

"Hələ də partiyaların bir çoxunda proseslərə, birliklərə qeyri-səmimi yanaşma və daha çox dağıdıcılıq xarakterli əməllər müşahidə olunur. Bir çox hallarda türkçülük, millət, xalq, demokratiya, bütövlük və cəsarətdən ağızdolusu danışanlar əməldə bu ideyalardan uzaqdırlar. Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi "aktyorluq" edirlər. Təklif vermək əvəzinə, boş-boş danısırlar. Bəziləri isə özlərini "aparıcı" fiqur hesab edir və iş görməkdənsə, intriqalarla məşğuldurlar. Misal üçün, Azərbaycan türkü olmayanlar türkçülükdən danısırlar”.

 

Nizami Verdiyev hesab edir ki, siyasilərin problemlərə qeyri-səmimi münasibət sərgilədiyi bir vaxtda istənilən normal əlaqələrin, əməkdaşlıqların qurulmasından söz gedə bilməz:

 

“Təbii ki, müəyyən partiyalarla əlaqələrimiz var və onu genişləndirməkdə maraqlıyıq. Ancaq biz demokratiyanın, insan hüquq və azadlıqlarının qorunması istiqamətdə birgə addımları atmağa hazırıq. Bir-birimizi arxadan vurmaqla heç nəyə nail ola bilmərik. Ona görə də, bir çoxlarının əsəbləri tarıma çəkilir və hadisələri kənardan izləməyi daha məqsədəuyğun hesab edirlər. Amma bir araya gəlməməyə, sağlam əməkdaşlıqdan qaçmağa haqqımız yoxdur. Nəhayət siyasi partiyalar bu barədə ağılla düşünməlidir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür