280 min dollarlıq TAPINTI
Taylandlı Siriporn Niomrin çimərlikdə gəzərkən ambra (daşlaşmış kaşalot qusması) aşkar edib.
“Daily Mail” məlumat verir ki, 49 yaşlı qadının tapıntısı ona külli miqdarda gəlir gətirə bilər. Belə ki, hazırda dünya bazarlarında 1 kq ambranın dəyəri 40 min dollardır.
Tayland çimərliyində aşkar olunan ambranın uzunluğu 61 sm, eni 30.5 sm, çəkisi isə 7 kiloqramdır. Bunu nəzərə alsaq, tapıntının dəyərinin 280 min dollar (476 min manat) təşkil etdiyini hesablaya bilərik.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"