Deputat şəhid Famil Əhmədzadənin atası ilə görüşüb

10:44 03-03-2021 | icon 365 | Cəmiyyət
Deputat şəhid Famil Əhmədzadənin atası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində şəhid olmuş Baş leytenantı Famil Əhmədzadənin atası Ağaəhməd Əsgər oğlu Əhmədovla görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhidin atası ilə bölüşərək "qəhrəman şəhidlərimizin qarşısında baş əyirik" deyib:

 

"Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Tarix müəllimi olan oğlunuz məktəbdə, tədrisdə olduğu kimi cəbhədə, döyüşlərdə də öz şücaəti ilə seçilib. Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Famil Əhmədzadə kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə öz dərin təşəkkürümüzü yetiririk"!

 

Qəhrəmanın atasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

 

Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və öz ürək sözlərini bölüşüblər.

 

Qeyd edək ki Famil Əhmədzadə (23.09.1975, Xətai rayonu, Bakı - 14.10.2020, Talış, Tərtər) - Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, tarix müəllimi idi. O, 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 saylı məktəb-liseyində müəllim kimi fəaliyyət göstərib. Həqiqi hərbi xidmətini 1999-2000-ci illərdə keçən Famil Əhmədzadə, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə şagird yüksək bal toplayaraq ali məktəblərə daxil olub.

 

Famil Əhmədzadə 2020-ci ildə Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyib. O, Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə özünəməxsus cəsurluqla fərqlənib. Oktyabrın 13-dən 14-nə keçən gecəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Ruhu şad olsun!

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...