Azərbaycanlı xanım deputatın adı Tbilisidə ƏBƏDİLƏŞDİRİLDİ 

16:00 03-03-2021 | icon 312 | Cəmiyyət
Azərbaycanlı xanım deputatın adı Tbilisidə ƏBƏDİLƏŞDİRİLDİ 

El arasında kişi Pəri adı ilə tanınan, qadın olmasına baxmayaraq hər zaman silahla öz xüsusi faytonunda gəzən – müsəlman dünyasının ilk qadın deputatı Pərixanın Sofiyevanın adı Gürcüstanda əbədiləşdirilib.

 

Versus.Az xəbər verir ki, bir müddət öncə Tbilisi bələdiyyəsinin sədr müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib.

 

Layihə çərçivəsində paytaxtdakı Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynayan ictimai xadimlərin adlarının əks olunduğu xatirə lövhələri vurulub. Skamyalardan birinə müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlı Pərixanım Sofiyevaya həsr olunan lövhə də bərkidilib. 

 

Onu da bildirək ki, həmin lövhədə Pərixanım Sofiyevanın dünyada demokratik yolla deputat seçilən ilk müsəlman qadın olması barədə gürcü və ingilis dillərində məlumat yazılıb. 

 

Qeyd edək ki, Pərixanım Sofiyeva 1953-cü ildə dünyasını dəyişib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...