Bu əlamətlər xərçəngin göstəricisidir

05:12 04-03-2021 | icon 324 | Sağlamlıq
Bu əlamətlər xərçəngin göstəricisidir

Türkiyəli həkim Ahmet Bekir Öztürk qadınların gözdən qaçırmamalı və diqqətdə saxlanılmalı olan əlamətləri açıqlayıb.

 

Məmədə dəyişikliklər
 
Məmə müayinəsi hər qadının aylıq yoxlanılmalı olan sağlamlıq kontroludur. Xüsusən məmə bölgəsində qızartı, dərinin qalınlaşması kimi südvəzi xərçənginin çox nadir görünən xüsusiyyətlərindən başqa, əmələ gələn və bir həftədən çox davam edən şiş mütləq diqqətə alınmalıdır. Bu kimi hallarda həkimə gedilməlidir. Eyni zamanda, görüntüdə dəyişiklik və axıntı da xəstəlik xəbərçisi ola bilər.
 
 
Mensturasiya vaxtından başqa qanaxma
 
Menopoz dönəmindən kənar vaxtlarda qadınlar arasında mensturasiya düzənsizliklərini görməzdən gəlmə təəssüf ki geniş yayılıb. Bununla birlikdə, bu dövrdə qanaxma kolorektal xərçəng əlaməti olan mədə-bağırsaq qanaması da ola bilər. Xüsusən bu cür qanaxmalar xərçəngin və genekoliji problemlərin göstəricisidir.
 
 
Dəri dəyişiklikləri
 
Dəridə görünən ani dəyişikliklər adətən nəzərə çarpmaya bilər. Amma bu kimi halları nəzarətdə saxlamaq lazımdır.
 
 
Udma çətinliyi və halsızlıq
 
Uzun müddətdir davam edən həzmsizlik, mədə və qida borusu xərçənginin əlaməti ola bilər. Bu səbəblə mütləq həkimə müraciət etməlisiniz.
 
 
İdrar və ya qan
 
Əgər idrar və ya axıntıda qan görsəniz babasil deyib keçməyin. Bunu həkiminizlə bölüşün.
 
 
 
Ağızda dəyişikliklər
 
Xüsusilə siqaretdən istifadə edirsinizsə, ağzınızdakı dəyişiklikləri izləyin. Ağıziçi və ya dil üzərində yaranan ağ ləkələr ağız xərçənginin əlaməti ola bilər.
 
 
Temperatur
 
Səbəbi bilinməyən temperatur qrip, infeksiya və ya xərçəngin əlaməti ola bilər. Xüsusilə qan xərçənginin ən önəmli və erkən işarətlərindən biri də temperaturdur.
 
 
Qalıcı öskürək
 
Qrip, allergiya və bəzi dərmanların yan təsiri öskürəyə səbəb ola bilər. Amma 3 ya da 4 həftə kimi uzun müddət davam edən öskürək zamanı mütləq həkimə getmək laızmdır.
 
 
Yorğunluq
 
Yorğunluq xərçəngin də əlaməti ola bilər. Amerika Xərçəng Mərkəzinə görə, yorğunluq leykoz, bağırsaq və ya mədə xərçənginin erkən əlaməti ola bilər.
 
Bundan başqa, qoltuqaltı və boyun bölgəsində yaranan şişləri də nəzərə alın və mütləq həkiminizlə bölüşün./medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...