“Bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna aidiyyatı yoxdur”

01:20 04-03-2021 | icon 261 | Cəmiyyət
“Bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna aidiyyatı yoxdur”

Faiq İsmayılov: "Yerli sakinlər abidənin onların dininə heç bir aidiyyatı olmadığını düşünürlər"

 

Erməni işğalçılarının Azərbaycana qarşı soyqırımları təkcə yerli oborogen türk xalqına qarşı deyil, milli-tarixi abidələrimizin məhvinə, erməniləşdirilməsinə də yönəlib.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Beynəlxalq Memarlar Akademitası Moskva şöbəsinin professoru,  Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov Qərbi Azərbaycan ərazisində abidələrin saxtalaşdırılması prosesinin bu gün də davam etməsinə dair faktlara toxunub.

 

F.İsmayılov apardığı təhlillərə əsasən bildirib ki, indiki Ermənistanın Tavuş bölgəsindəki, Barana (Noyanberyan) rayonunun Dostluq – Qurumsulu (Barekamavan) kəndindəki xristianlığa qədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, orginal görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir.

 

Rofessor hesab edir ki, Qurumsulu abidəsini qədim Azərbaycanın misilsiz gözəlliyə malik və az öyrənilən abidələrindən biri kimi təqdim etsək, heç də səhv etmərik:

 

“Abidə Qurumsulu (Barekamavan) kəndinin yaxınlığında yerləşir. Tədqiqat zamanı bu abidə haqqında praktik olaraq heç bir məlumata rast gəlmədik. Abidənin inşa tarixi eramızın IV əsrinə aidd olduğu güman edilir. Memarlıq quruluşuna görə abidə 14 guşəli, gümbəzli Türbə üslubunda inşa edilib.  Abidənin karnizi müxtəlif heyvan heykəlləri ilə bəzədilib. Hal-hazırda abidənin gümbəzi ermənilər tərəfindən uçurdulub. Sübut olunub ki, ermənilər öz xislətlərinə uyğun olaraq abidənin şərq pəncərəsinə 2004-cü ildə xaç şəklli bir daş quraşdırılaraq, bu abidənin erməni xristian dövrünə aid olduğunu iddia etməyə başladılar. Bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna heç bir aidiyyatı yoxdur və heç bir mahiyyət daşımır”.

 

F.İsmayılov bildirib ki, Ermənistan hökumətinin müvafiq qurumları abidəni ibadətgaha çevrmək istəsələr də, yerli sakinlər abidənin onların dininə heç bir aidiyyatı olmadığını düşünürlər:

 

“Qəribədir ki, abidəni mənimsəməyə cəhd edən ermənilər abidənin adında fərq etmədən türk toponimindən istifadə ediblər. Belə ki abidənin adını khach (xaç) yəni xaçlı abidə kimi səsləndirirlər”. /həftə içi/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...