“Azərbaycan-Türkiyə Alyansının qurulması onları çox qorxudur”

14:45 04-03-2021 | icon 199 | Siyasət
“Azərbaycan-Türkiyə Alyansının qurulması onları çox qorxudur”

Fikrət Sadıqov: “Azərbaycanın özünü müstəqil aparması bir sıra dairələri qıcıqlandırır”

 

Ermənistan və havadarları Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsini həzm edə bilmir. Öz ərazi və sərhəd bütövlüyünü bərpa və qoruma haqqından istifadə edən Azərbaycan, indi də erməni diversiya qrupumu tərhksilah etdiyinə görə beynəlxalq təzyiqlərə məruz qalır. Belə ki, müxtəlif Avropa ölkələrinin parlamentariləri, bəzi qurumları, siyasətçiləri erməni mövqeyindən çıxış edərək Azərbaycan ərazilərinə gizlicə soxulub teror aktlarına cəhd edərkən həbs edilən  60 nəfərlik diversiya qrupunun “hərbi əsir” adı ilə azad olunmasına çalışırlar. Təəssüf doğuran məqam odur ki, ölkə Prezidentinin dəfələrlə çıxışlarında bu məsələyə aydınlıq gətirərək,  Azərbaycanda hərbi əsirlərin deyil, diversant qrupunun saxlanılması ilə bağlı fikirləri bir çox beynəlxalq qurumlar tərəfindən qulaqardına vurulur, ermənipərəst mövqe sərgiləməkdədirlər. Ermənistanın diversantları hərbi əsir kimi təqdim etməkdə hansı məqsədlər güdməsi isə birmənalıdır.

 

Versus.Az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Fikrət Sadıqov  Azərbaycana qarşı bu cür ermənipərəst mövqelərin sərgilənməsində təəccüblü heç nəyin olmadığını bildirib.

 

O, bu 30 il ərzində aparıcı dövlətlərin bizim münaqişəyə münasibətlərinin şahidi olduğumuzu vurğulayıb:

 

“Beynəlxalq qurumların Azərbaycan həqiqətlərinə qarşı qərəzli, ikili yanaşması, ədalətdən uzaq subyektiv fikirləri bizim üçün yeni bir şey deyil. Hətta dövlət başçısı da mətbuat konfransında bu barədə fikirlərini qeyd etdi. 1992-ci ildə bizim torpaqlarımız işğal altında olan zaman bunlar guya Ermənistnı blokadaya aldığımızı iddia edərək, Amerika Konqresində Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq elədilər. Ona görə düşünürəm ki, bu, açıq şəkildə  beynəlxalq hüquq normalarının tapdanması, inkaarıdır və həqiqətin arxa plana çəklməsidir. Bununla yanaşı, bir sıra sənədləri o qurumların gözlərinə tikmək lazmdır. Çünki Hərbi əsirlər haqqında Cenevrə Konvensiyası, Vyana konvensiyası və müxtəlif sənədlər, qərarlar var. Onlar gözlərini açıb oxusunlar və sonra Azərbaycana qarşı yekə-yekə şüarlarla danışarlar”.

 

Politoloq bildirib ki, Azərbaycana qarşı hərbi təxribatlar, terror törətməyə cəhd edən həmin erməni diversiya qrupu hazırda normal şəraitdə saxlanır və onlara qarşı heç bir fiziki zor, işgəncə tətbiq edilmir. Diversantlar sadəcə olaraq əsir kimi saxlanılır və öz cəzalarını almalıdırlar. Azərbaycanın buna da tam ixtiyarı çatır.

 

F.Sadıqov qeyd edib ki, müharibə ərəfəsində Prezident dünyanın ən nüfuzlu media orqanlarına verdiyi müsahibələrdə Azərbaycan həqiqətlərini çox açıq və aydın şəkildə dünya ictimaiyyətinə çatdırdı. Buna baxmayaraq hətta həmin o müsahibələr zamanı verilən suallarda da qərəzçilik açıq hiss olunurdu.

 

Politoloq bu çıxışlara istinad edərək, yenə də Ermənistnın başının sığallandığını və yenə də Azərbaycanı kimlərinsə əsarəti altında olmasını istəyən qüvvəllərin olduğunu və fəliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Vətən Müharibəsindən sonra Azərbaycanla bağlı həqiqətə doğru müəyyən dönüşlər də hiss olunur:

 

“Amma bu hamıya şamil oluna bilməz. Sadəcə olaraq bir sıra media qurumları erməni zənginlərinin sifarişlərini yerinə yetirirlər. Digər tərəfdən isə sadəcə həqiqətə göz yumub öz mövqelərini bildirirlər. Elə agentliklər var ki, onlara nə qədər doğru faktlar göstərsən də, öz bildiyini deyəcək. Çünki bu ona sifariş edilir və onun arxasında dayanan qüvvələrin mövqeyini yeritməlidir. Bu reallıqlar dünyada hökm sürür”.

 

F.Sadıqov bildirib ki, ərazilərimiz işğaldan azad olunandan sonra regionda baş verən proseslərin fonunda sülhməramlıların gəlişi və yenə də ermənilərin müxtəlif şəkildə müdafiə olunması, Qarabağda erməni silahlılarının tərksilah olunmamasından dolayı baş verən narahatlıq Azərbaycanın hələ də məngənədə qaldığına işarə edir və bundan dolayı Avropa da regiona gəlmək istəyini bu cür təzyiq vasitələrindən istifadə edərək önə çəkir:

 

“Müəyyən həqiqət ondan ibarətdir ki, aparıcı dövlətlərin regionda öz maraqları var. Onlar bizim qələbəmizdən narahatdırlar. Xüsusən də Azərbaycan-Türkiyə Alyansının qurulması onları çox qorxudur. Orda islamafobiya, Türkiyə ilə münasibətlər məsələsi var. Eləcə də Azərbaycanın özünü müstəqil aparması bir sıra dairələri qıcıqlandırır. Onlar ərazi bütövlüyümüzü dəstəkləməyə məcburdur. Çünki qətnamələr var və aparcı dövlətlər bunu etiraf etməyə bilməz. Paralel olaraq, hansısa əngəllər törədib ermənilərin Qarabağda qalması üçün bəyanatlar verirlər. Guya erməni kilsələrinin dağdılması barədə narahatlıq ifadə edirlər. Amma məscidlərin dağıdılması barədə heç bir fikir demirlər. Sanki məscidlər olmamalıdır. Bu onların çoxillik siyasətləridir. Çox yaxşı ki, torpaqlarımız azad olundu. Torpaqları azad etməsəydik, bunlar ermənilərin dəstəklənməsi ilə bağlı daha azğın addınlar atardılar. Ona görə də biz belə hallara qarşı sərt bəyanatlar verməliyik. İnformasiya təbliğatımızı xaricdə gücləndirməliyik. Belə çıxışların qarşısına daha sərt şəkildə mövqe sərgiləmliyik”. /həftə içi/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF