“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

09:15 04-03-2021 | icon 987 | Sağlamlıq
“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

Nərminə Abbasova: “Kəskinləşmə hallarının qarşısını almaq üçün müntəzəm dispanser müayinə mütləqdir”

 

Kolit   yoğun bağırsağın iltihabi xəstəliyi olub, infeksion, işemik, dərman və digər zədələnmələr nəticəsində yaranır. Patologiya ağrı sindromu, həzm pozğunluğu (qəbizlik, ishal), meteorizm, tenezmlə özünü büruzə verir.

 

 

 

 

Mövzuyla bağlı Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirdi ki, kolitin müalicəsi xəstəliyin etioloji forması nəzərə alınmaqla təyin edilir, pəhriz, etiotrop terapiya, ferment və eubiotiklərin qəbulu, fitoterapiya, fizio və balneoterapiya ilə aparılır.

 

Nərminə xanım kolit haqqında ümumi məlumat verərkən bildirdi ki, kolit yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur:

 

“Onun iki forması mövcuddur: kəskin və xroniki. Kəskin kolit qarında ağrı, meteorizm, nəcisdə selik və qan izləri, ürəkbulanma, defekasiya aktına çağırışlarla təzahür edir. Xroniki formaya transformasiya, bağırsaq xorası, bəzən isə kanserofobiyanın yaranması mümkündür.

Xroniki kolit uzunmüddətli iltihabi proses və zədələnmiş toxumaların distrofiyası nəticəsində selikli qişanın quruluşunun patoloji dəyişikliyi ilə səciyyələnir. Bu proseslərlə əlaqədar yoğun bağırsağın motor və sekretor funksiyası pozulur. Xroniki kolit həzm traktının ən çox rast gəlinən xəstəliklərindəndir. Patologiya çox zaman nazik bağırsağın iltihabı ilə birgə müşahidə edilir.

 

Həkim-terapevt deyir ki, xroniki kolitdən əziyyət çəkən pasiyentlərin 1/3 hissəsi xəstəliyin yaranmasını müxtəlif bağırsaq infeksiyaları ilə əlaqələndirir. Onun sözlərinə görə, bir çox hallarda xroniki kolit disbakterioz, qeyri-düzgün qidalanma, hipodinamiyaya meyllik, spirtli içkilərdən sui-istifadə nəticəsində inkişaf edir.

 

Kolitin yaranma səbəblərindən danışan həkim bildirdi ki, patologiyaya qidalanma rejiminin və xarakterinin pozulması, yəni qeyri-rasional, müntəzəm olmayan, keyfiyyətsiz qidalanma, yanlış qida vərdişləri, spirtli içkilərin həddindən artıq qəbulu səbəb olur:

 

“Kolit həzm sistemi xəstəliklərinin ağırlaşması, eləcə də qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma zamanı yarana bilər.

Bir sıra dərman vasitələrinin qəbulu bağırsaq florasına neqativ təsir göstərir, yatrogen disbakterioz isə öz növbəsində yoğun bağırsaqda iltihabi proseslər törədir. Bundan əlavə bağırsağın turşu-qələvi balansını pozan preparatlar kolitin formalaşmasına təkan verə bilər. Bəzən bağırsağın iltihabi proseslərinin yaranması anadangəlmə inkişaf pozğunluqları və funksional çatışmazlıqla bağlı olur”.

 

Kolitin əlamətlərinə gəlincə, Nərminə xanım bildirdi ki, xroniki iltihab üçün qarında ağrı, defekasiya pozğunluğu, tenezmlər xarakterikdir. Həkimin sözlərinə görə, xəstələrdə ağrı küt və sızıltılı olub, qarnın aşağı, yan hissələrində (adətən sol tərəfədə) lokalizasiyalaşır:

 

 

“Bəzən ağrı qarnın bütün sahələrinə yayılır. Ağrı sindromu qida qəbulundan sonra güclənir, defekasiya aktı və qazların çıxarılmasından sonra isə zəifləyir. Həmçinin yerimə, silkələnmə, təmizləyici imalə ağrının artmasına səbəb ola bilir. Bir sıra hallarda qarında ağırlıq hissi və köp əmələ gəlir. Xəstələr adətən qəbizlikdən şikayət edir, lakin bu əlamətin ishalla növbələşməsi də mümkündür. Xroniki kolit selik, bəzən isə qan qarışıqlı, sulu konsistensiyalı nəcislə müşayiət olunur. Tenezmlər – aldadıcı defekasiya çağırışları yarana bilər. Bəzi insanlarda defekasiya çağırışları selik ifrazı ilə sonlanır. Kəskin iltihabi prosesdə sadalanan əlamətlər daha qabarıq ifadə olunur, qəbizliklə müqayisədə ishal üstünlük təşkil edir. Yoğun bağırsağın iltihabı əsasən onun terminal hissələrində inkişaf edir. Belə hallarda kolit kəskin bağırsaq infeksiyası və ya xroniki qəbizlik nəticəsində formalaşır. Bundan əlavə proktosiqmoidit təmizləyici və müalicəvi imalələrdən, işlədici vasitələrdən qeyri-rasional istifadə nəticəsində yarana bilər.

Kolitin bu formasında sol qalça nahiyəsində lokalizasiyalaşan ağrı, xüsusən gecə saatlarında meydana çıxan çoxsaylı, ağrılı tenezmlər müşahidə edilir. Nəcis kütləsi küllü miqdarda selik, bəzən isə qan və irin qarışığından ibarət olur. Qarnın palpasiyası zamanı S-vari bağırsağın proyeksiyasında ağrı aşkar edilir. Bir sıra pasiyentlərdə anadangəlmə inkişaf anomaliyası – S-vari bağırsağın əlavə ilgəyi əllənir”.

 

Nərminə xanım deyir ki, kolitə şübhə yarandıqda aparılan mütləq diaqnostik tədbirlər kompleksinə nəcisin makro və mikroskopiyası, koproqramma, helmint yumurtalarının təyini, nəcis kütləsinin bakterioloji əkilməsi daxildir. İltihab əlamətlərini müəyyən etmək üçün qanın ümumi analizi aparılır:

 

“Kontrast irriqoskopiya zamanı yoğun bağırsağın anatomik və funksional xüsusiyyətləri vizualizasiya olunur. Kolonoskopiya yoğun bağırsağın bütün hissələrində selikli qişanın vəziyyətini dəqiqliklə təhlil etməyə imkan verir. Bu müayinə üsulu həmçinin histoloji analiz üçün bağırsaq divarının selikli qişasından bioptat götürməyə şərait yaradır. Babasil, anal çat, paraproktit və digər patologiyaları inkar etmək məqsədilə proktoloqun barmaqla rektal müayinəsi göstəriş sayılır.

Xroniki kolitlərin differensial diaqnostikası yoğun bağırsağın diskineziyası ilə aparılır. Lakin onu da qeyd etmək lazımdır ki, bağırsağın motor funksiyasının davamlı pozulması iltihabi proseslə ağırlaşa bilər. Əksər hallarda kolitin klinik şəkli yoğun bağırsağın şiş xəstəliklərini müşayiət edə bilər. Bədxassəli törəmələri inkar etmək məqsədilə bağırsaq divarının bütün şübhəli sahələrindən biopsiya götürülür.

Eləcə də kolit enteritlə differensiasiya edilir. Bəzən bağırsağın hər iki şöbəsinin iltihabına birgə rast gəlinir. Xroniki kolit və həzm traktının yuxarı seqmentlərinin xəstəliklərinin differensial diaqnostikasında endoskopik müayinələr, qarın boşluğu orqanlarının USM, mədəaltı vəz və qaraciyər xəstəliklərinin markerlərini təyin edən funksional sınaqlar mühüm əhəmiyyət kəsb edir”.

 

Həkim qeyd edir ki, xroniki kolitin kəskinləşmə dövründə müalicənin stasionar şəraitdə, proktologiya şöbəsində aparılması məqsədəuyğundur. Belə ki infeksion mənşəli kolitin aşkarlandığı xəstələr xüsusiləşdirilmiş infeksion şöbədə yerləşdirilir:

 

 

“Xroniki kolitin terapiyasının əsas elementlərindən biri müalicəvi pəhrizə riayət olunmasıdır. Gündəlik rasiondan bağırsağın selikli qişasını mexaniki və ya kimyəvi qıcıqlandıra biləcək bütün qidalar çıxarılır. Qida məhsulları sürtkəcdən keçirilərək, gün ərzində 4-5 dəfədən az olmamaqla qəbul edilir. Süd turşusunun qıcqırmasının qarşısını almaq üçün xəstələrə süddən imtina etmək, köpü azaltmaq məqsədilə isə kələm və paxlalı bitkilərin qəbulunu azaltmaq məsləhət görülür.

Qənnadı məmulatları içərisində buğda unundan hazırlanmış, qurudulmuş çörəyin istifadəsinə icazə verilir. Yağsız ət və balıq məhsullarını buxarda hazırlamaq tövsiyə olunur. İfadəli klinik simptomatikanın sönməsi ilə pəhriz tədricən genişləndirilir. Qəbizliklə mübarizə aparmaq üçün qida rasionu bişmiş tərəvəzlər, meyvə püreləri, kəpək çörəyi ilə zənginləşdirilməlidir. Bitki yağları və gün ərzində mayenin zəruri miqdarda qəbulu nəcis kütlələrinin bağırsaq boyunca hərəkətini yaxşılaşdırır. Kolitdən əziyyət çəkən xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür. Yuxarıda qeyd olunanlarla yanaşı soyuq və yağlı qidalardan, süd məhsullarından imtina edilməlidir. Bağırsaqda maye sekresiyasını tənzimləmək üçün xörək duzunun istifadəsi məhdudlaşdırılmalıdır”.

 

Nərminə xanım kolitin proqnoz və profilaktikasından da bəhs etdi. Bildirdi ki, kolitlərin profilaktik tədbirlərinə balanslaşdırılmış  rasional pəhriz, həzm sistemi xəstəliklərinin erkən diaqnostika və müalicəsi, sanitariya və gigiyena rejiminə, eləcə də kimyəvi zəhərlərlə bağlı istehsalat şəraitində təhlükəsizlik qaydalarına riayət aiddir:

 

 

“Yoğun bağırsağın xroniki xəstəliklərindən əziyyət çəkən şəxslərdə kəskinləşmə hallarının qarşısını almaq üçün klinik proktologiya sahəsinin mütəxəssisi tərəfindən müntəzəm dispanser müayinə mütləq sayılır. Kolitin rast gəlindiyi xəstələrin əmək qabiliyyəti məhduddur, bu kateqoriyaya aid insanlar izafi fiziki yüklənmələr, psixo-emosional stresslər, ezamiyyətlər, qida rejiminin pozulmasına səbəb olan iş faəliyyətindən uzaq durmalıdır”.

 

Həkim-terapevt qeyd etdi ki, xəstəlik vaxtında aşkar olunduqda və həkim məsləhətlərinə əməl edildikdə, proqnoz qənaətbəxş sayılır.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Kolitdən əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI