Başqa dövlətin vətəndaşlığını qəbul edən şəxslərin NƏZƏRİNƏ

11:11 04-03-2021 | icon 317 | Cəmiyyət
Başqa dövlətin vətəndaşlığını qəbul edən şəxslərin NƏZƏRİNƏ

Başqa bir dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bu barədə rəsmi qurumlara məlumat verməlidirlər. 

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətinin rəisi Elnur Kələntərov məlumat verib.

 

Onun sözlərinə görə, məlumatlar mütləq qaydada bir ay müddətinə aidiyyəti orqanlara bildirilməlidir:

 

“Unutmaq olmaz ki, bu şəxslər başqa dövlətin vətəndaşlığını qəbul etdikləri barədə 1 ay müddətinə Dövlət Miqrasiya Xidmətinə və ya həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyinə və Konsulluğuna yazılı surətdə müraciət etməlidirlər. Bununla bağlı rəsmi müraciət forması Dövlət Miqrasiya Xidmətinin saytında yerləşdirilib. Həmin ərizə formasını doldurduqdan sonra göndərmək kifayət edir”.

 

E.Kələntərov uzun müddət əvvəl başqa dövlətin vətəndaşlığını qəbul edən şəxslərlə bağlı məsələyə də münasibət bildirib:

 

“Əgər başqa dövlətin vətəndaşlığını qəbul etmisiniz və məlumat vermək üçün gecikmisinizsə, narahat olmayın. Məlumat vermək üçün gec deyil.

İkili vətəndaşlığı olan şəxslər da Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi qəbul olunurlar”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...