Qənirə Paşayeva İlham Zəkiyevlə görüşüb

13:22 04-03-2021 | icon 636 | İdman
Qənirə Paşayeva İlham Zəkiyevlə görüşüb

Milli əclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsi qazisi, Azərbaycanın Əməkdar İdman ustası, ikiqat Paralimpiya Oyunları çempionu cənab İlham Zəkiyevlə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili çempionumuzu ad günü və Prezident tərəfindən ordenlə təltif olunması münasibətilə təbrik edib:
 
 
"Sizi – tanınmış idmançı və ictimai xadimi, vətəncanlı ziyalımızı doğum gününüz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni uğurlar diləyirəm!
 
Sizin ziyalılığınız, peşəkarlığınız, xeyirxahlığınız bütün dünya azərbaycanlılarına, dünya paralimpiya hərəkatına yaxşı məlumdur.
 
Siz müxtəlif dövrlərdə Paralimpiya, Dünya, Avropa səviyyəli yarışlarda qalib olmuş, bayrağımızı ucaltmısız.
Sizin xidmətləriniz müstəqil Azərbaycanın "Şöhrət", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə, eləcə də, "Tərəqqi" medalı və Prezidentin fəxri diplomuna layiq görülüb.
 
Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!"
 
 
Q.Paşayeva İkiqat Paraolimpiya çempionu olan qaziyə üzərində "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı və Qarabağ motivli digər xatirə hədiyyələri təqdim edib.
 
 
İ.Zəkiyev səmimi görüş və təbriklər üçün komitə sədrinə təşəkkür edib.
 
 
Görüşdə RHİMİB sədri Arzu Bağırova iştirak edib.
 
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi