Versus.Az xəbər verir ki, rəşadətli zabitin sənədli ədəbi-bədii əsərlərə çevriləcək həyat və döyüş yolu ilə maraqlanan Komitə sədri ürək sözlərini bölüşüb:
"Siz, öz canını torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda fəda etmiş zabitimizin ailəsisiz. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz.
Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Elzamin Təhməzov Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən III dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elzamin kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq!
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, Milli Məclisin Mədəniyyət Komitəsi adından ən xoş diləklərimizi yetiririk"!
Qəhrəman şəhidimiz Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Şəhid polkovnik-leytenantın ailəsinə Komitə adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.
Görüşdə Millət vəkili Məşhur Məmmədov və RHİM İB sədri Arzu Bağırova iştirak edib, öz ürək sözlərini bölüşüb.
PƏRİ
Versus.Az