“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

17:53 04-03-2021 | icon 615 | Cəmiyyət
“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

Şəhid ailələrinin problemləri və qayğıları dinlənilib

 

“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Füzuli rayonu Horadiz şəhərində şəhid ailələrini ziyarət edib.

 

Bu barədə Versus.Az-a “İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

 

E.Məmmədli bildirib ki, İctimai Birliyin rəhbər heyəti, kollektivi və könüllüləri Füzuli rayonu Horadiz şəhərində şəhid ailələrini ziyarət edib.

 

“İMZA” Sosial İnkişafa Dəstək ictimai Birliyinin sədri Xəyyam Əsgərov Füzuli rayonu İcra Hakimiyyətində keçirilən görüşdə bildirib ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin yaradılması məqsədlərindən biri sosial dövlət olan Azərbaycan Respublikasının ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı, eyni zamanda icra etdiyi sosial yönümlü layihələrə dəstək verməkdir:

 

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında vurğulayır və bütün məmurlara da tövsiyyə edir ki, bizim üçün ilk növbədə Azərbaycan vətəndaşının mənafeyi prioritet təşkil etməlidir. Şəhid ailələri, az təminatlı insanlarımız, cəmiyyətin sosial cəhətdən həssas olan təbəqəsi daim bu qayğını hiss etməlidirlər. Bu baxımdan “İMZA”-çılar da xalqımıza məhz xidmətçi olmağı qarşılarına əsas məqsəd qoyublar. Xeyirxah layihə çərçivəsində Füzuli rayonuna edilən bu səfərin əsas məqsədi ölkəmizə və xalqımıza müzəffər dövlət və millət olmaq qürurunu yaşatmış şəhidlərimizin ailələrini ziyarət edib, onlara diqqət və qayğı göstərməkdir”.

 

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də çıxışedərək bildirib ki, vaxtı ilə Azərbaycanın dilbər guşələrindən, inkişaf etmiş bölgələrindən sayılan və böyük şairimizin adını daşıyan bu rayonun əhalisi indi doğma torpaqlarının işğaldan qurtulması sevincini və qürurunu yaşayır:

 

“Bütün füzulililər 44 günlük Vətən müharibəsi vaxtı bir yumruq kimi dövlətimizin ətrafında birləşib, doğma yurdlarının azadlığı uğrunda bütün səylərini göstərib, rayonun qəhrəman igidləri döyüşlərdə ön cəbhədə mərdliklə vuruşublar. Bu gün Füzuli azaddır. Və Ulu Öndərimiz Heydər Əliyevin vaxtı ilə dediyi kimi, Füzuli yenidən dirçələcək, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri statusunu özünə qaytaracaq. Buna həm dövlətimizin, həm də xalqımızın, o cümlədən də bütün füzulililərin iradəsi və əzmi imkan verir. Hətta işğal dönəmində belə Füzuli camaatı bir an da olsun öz doğma yurd yerlərinin mənfur erməni işğalçılarından azad ediləcəyinə inamlarını itirmədilər. Son 27 ildə rayonun işğalda olmayan torpaqlarında qurdular, yaratdılar və yaşadıqları Füzuli torpağını nümunəvi bir məkana çevirdilər”.

 

İcra hakimiyyətinin başçısı “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin fəaliyyətini yaxından izlədiklərini, təqdir etdiklərini və şəhid ailələrinə diqqət və qayğı göstərmək kimi nəcib və xeyirxah təşəbbüsü yüksək qiymətləndirdiklərini vurğuladı. O, uzun illər ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məhz xeyirxah əməlləri sayəsində cəmiyyətimizdə böyük nüfuz qazandığını, bu gözəl nümunənin və təcrübənin Azərbaycanda xeyriyyəçi olmaq istəyən bütün qurumlar üçün əsl örnək təşkil etdiyini bildirdi.

 

Sonra Füzuli rayonu Horadiz şəhərində yerləşən Heydər Əliyev muzeyi ziyarət olundu. Burada Ulu Öndərin həyatı və fəaliyyəti barəsində danışıldı. “İMZA”-çılar adından muzeyin xatirə kitabına Ümummilli Liderimizin güclü Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərinə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində Vətən müharibəsində qazanılmış zəfərimizə həsr olunmuş ürək sözləri yazıldı. “İMZA” kollektivi adından Füzulinin azad edilməsi münasibəti ilə xalqımıza və bütün füzulililərə təbriklər çatdırıldı:

 

“Dövlətimiz artıq Füzulinin və digər azad yurd yerlərimizin planlı şəkildə bərpası prosesinə start verib. Ciddi və əhəmiyyətli qərarlar qəbul edilib. Ona görə də Füzulinin tezliklə  Azərbaycanın cənnət guşələrindən, gözəl turizm məkanlarından birinə çevriləcəyinə şübhə yoxdur”.

 

“İMZA”-çılar səfərin məqsədinin əsas hissəsinə uyğun olaraq 44 günlük qəhrəmanlıq səlnaməsinin yaradıcıları, doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş əziz şəhidlərimizin yadigarları olan ailələrini ziyarət ediblər. Kollektiv adından vurğulandı ki, Azərbaycan xalqı əsrlər boyu dövlət və dövlətçilik ənənəsi yaratmış millətdir:

 

“Dövlətimizi var edən, onu qoruyan və bu yolda canından keçən şəhidlərimizin sayəsində bu gün müstəqil Vətənə sahibik. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva nahaqqa qarşı milli dirənişimizin simvolu olan sentyabrın 27-dən noyabrın 10-a kimi davam etmiş həmin o 44 günü Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanı, milli mücadilə səlnaməsi adlandırıblar. Prezidentimiz deyib ki, əlbəttə, biz hərbi-texniki təchizat baxımından düşməndən xeyli üstün idik. Amma şəhərlərimizi, kəndlərimizi qəhrəman əsgər və zabitlərimiz misli görünməmiş şücaətləri, dillərə dastan olan igidlikləri ilə azad ediblər. Onlardan bəziləri bu müqəddəs yolda şəhidlik zirvəsinə yüksəliblər. Bu dastan Azərbaycan xalqına dünya şöhrəti qazandırdı. Bizim böyük millət olduğumuzu, əcdadımızın mirası olan zəngin hərbi ənənələrimizin əsasında bu gün müasir, 21-ci əsrin döyüş aparmaq fəlsəfəsini yaratdığımızı sübut etdi. Bəli, bu yenilik dünya hərb sənətində nümunə və bizim üçün isə qürurla dinlədiyimiz və gördüyümüz tarixi reallıqlardır. Ona görə də bu zəfər və onun nəticələri Azərbaycan tarixinin şanlı səhifəsi olaraq nəsillərdən nəsillərə ötürüləcək və gələcəkdə hər bir azərbaycanlı tərəfindən böyük fərəh hissləri ilə öyrəniləcək. Heç şübhəsiz ki, işğalçı və faşist dövlət olan Ermənistan üzərində qazanılan bu qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman Azərbaycan ordusudur”.

 

Görüşdə ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın şəhid və qazi ailələrinə bir Azərbaycan anası kimi diqqəti və qayğısından ətraflı bəhs olundu. “İMZA” kollektivi də bu fəaliyyəti özü üçün nümunə hesab edir və bundan sonrakı işlərində məhz bu meyarları əsas götürəcək.

 

Sonra İMZA-çılar bir daha qarşıdan gələn Novruz bayramı münasibəti ilə şəhid ailələrini təbrik etdilər, İctimai Birliyin adından bayram sovqatları çatdırıldı. Şəhid ailələrinin problemləri və qayğıları ilə maraqlanıldı.

Şəhid ailələrinin nümayəndələri bildirdilər ki, Azərbaycan dövləti onları hər zaman diqqət və qayğı ilə əhatə edib, problemlərinin həll olunması üçün mütəmadi addımlar atır. YAŞAT fondu yaradılandan sonra şəhid ailələrinin mənzil probleminin həllinə də dəstək artırılıb.

 

Qeyd edək ki, görüşlərdə Milli Məclisin Füzuli rayonundan olan deputatı Vüqar Bayramov, Füzuli rayon İcra Hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələri, YAP Səbail rayon Qadınlar Şurasının sədri, iqtisadçı alim Təranə Kərimova, sosioloq Zəminə Səfərova, o cümlədən rayonun fəal qadınlarının təmsilçiləri də iştirak etdilər.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...