Hər ana körpəsinin ağlamasının nə qədər ağrılı olduğunu bilir və o nəinki kömək etmək, bəzən heç səbəbini bilmir. Bəlkə, sancı narahat edir, bəlkə diş çıxarır, peyvəndə reaksiya verir və ya infeksiyadır. Əczacı nə məsləhət verə bilər?
HANSİ VƏZİYYƏTDƏ KÖRPƏYƏ QIZDIRMASALICI VƏ AĞRIKƏSİCİ LAZIMDIR?
Kiçik uşaqlarda ağlamağa və narahatlığa səbəb - dişçıxarma zamanı hərarətli və ya hərarətsiz ağrıdır. Təcrübəli analar diş ətinin şişməsi, ağız suyunun axması və körpənin bütün əşyaları "dadmaq" istəyinə əsasən "diaqnoz qoyur". Bir çox uşaq bağırsaq kolikası zamanı həm özləri əziyyət çəkir, həm də ətrafdakıları yuxudan və istirahətdən məhrum edir. Həmçinin, qızdırma, narahatlıq, ağlama, yuxu pozulması və zəif iştah kəskin respirator virus infeksiyasını müşayiət edir. Bu vəziyyətdə qızdırma yüksək ola bilər. Körpə uşaqlarda yüksək hərarət febril qıcolmalar ilə təhlükəlidir. Digər tərəfdən, alimlər, hipertermiyanın, immun müdafiə amillərini aktivləşdirərək, infeksiyanın qarşısını alan və patogenin aradan qaldırılmasına kömək etdiyini deyirlər.
VASİTƏ SEÇİMİ
Beləliklə, hərarətli vəziyyətdə, o vasitələrin seçimi ideal hesab edilməlidir ki, qızdırma simptomlarını minimuma endirərkən, fizioloji prosesləri pozmasın və uşaqlar üçün təhlükəsiz olsun.
Körpələrin analarının qarşılaşdıqları bir başqa problem də körpəyə dərmanın necə verilməsidir, xüsusən də yalnız ana südü ilə qidalanan uşağa. Belə hallarda, bütün analar rektal şamları ən uyğun forma hesab edirlər. /edicina.az/