Şuşa məscidi və Xudafərin körpüsünün maketi HAZIRLANIB

15:34 06-03-2021 | icon 313 | Cəmiyyət
Şuşa məscidi və Xudafərin körpüsünün maketi HAZIRLANIB

Goranboyun Qazanbulaq qəsəbəsindəki küçədən keçənlər həm Şuşa məscidini görə bilir, həm də Xudafərin körpüsünü. 

 

Versus.Az xəbər verir ki, Qazanbulaq qəsəbəsində yaşayan rəssam-heykəltəraş Məhərrəm Əkbəri öz həyətində maraqlı əl işi hazırlayıb. 

 

Vətən müharibəsində qazanılan qələbədən sonra M.Əkbəri Şuşadakı Yuxarı Gövhər Ağa məscidinin və Cəbrayıl rayonun ərazisində İranla sərhəddə yerləşən Xudafərin körpüsünün maketini düzəldib. O, həmin məkanlarda olmasa da qələbədən ruhlanıb və bir ay ərzində öz ideyalarını gerçəkləşdirib.

 

Qazanbulaq qəsəbə sakinləri, həmçinin bura gələn digər bölgələrdən olan qonaqlar M.Əkbərinin əl işini maraqla qarşılayırlar. 

 

Xüsusi daşlardan hazırlanan Xudafərin körpüsü, Şuşa məscidi, türbə açıq havada muzeyi xatırladır.

 

Goranboylu rəssam-heykəltəraş yaratdığı kiçik abidədə hələ işlərin bitmədiyini deyir. O, gələcəkdə həyətində qurub yaratdığı maraqlı məkanda Qarabağ xalçalarını da görməyin mümkün olacağını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...