Bu çay ekstraktı Daun sindromlu uşaqların üz quruluşunu dəyişdi

01:03 09-03-2021 | icon 527 | Maraqlı
Bu çay ekstraktı Daun sindromlu uşaqların üz quruluşunu dəyişdi

Belçika və İspaniyadan olan beynəlxalq alimlər qrupu yaşıl çay qida əlavəsinin (ekstrakt) Daun sindromlu uşaqlarda üz quruluşunun formalaşmasına təsirini müəyyənləşdiriblər.

 

“Scientific Reports” xəbər verir ki, əlavənin təsirinin dozadan asılı olduğu aydınlaşıb.

 

Belə ki, orta miqdarda yaşıl çay ekstraktı üz quruluşunun düzgün formalaşmasına kömək edib, böyük dozalarda qəbul isə deformasiyaların artmasına səbəb olub.

 

Qeyd edək ki, Daun sindromu insanda 46 əvəzinə 47 xromosomun olduğu genetik patologiyadır. Bu xüsusiyyət insanın fiziki və intellektual inkişafına təsir göstərir.

 

Tədqiqatçılar yaşıl çay ekstraktının Daun sindromunda üzün inkişafına təsir edə biləcəyini öyrənməyə qərar veriblər.

 

Siçanlar üzərində aparılan tədqiqatlar müsbət nəticə verdikdən sonra alimlər insanları əhatə edən araşdırma aparıblar. Bu məqsədlə onlar 18 yaşa qədər 287 uşağın üzünün 3D modellərini yaradıblar.

 

Bütün bu uşaqların üz modellərinin müqayisəsi aşağıdakı nəticələri göstərib: ən gənc uşaq qrupunda (0-3 yaş arası) müalicə almayan Daun sindromlu uşaqların üzləri sağlam uşaqlardan 57%, yaşıl çay ekstraktı qəbul edən eyni uşaqların üzləri sağlam olanlardan yalnız 25 % fərqlənib.

 

Yeniyetmələr arasında əlavənin qəbulu zamanı yaxşılaşma nəzərə çarpmayıb.

 

Bu, yaşıl çay ekstraktının uşağın üzü və kəllə sümüyünün yalnız aktiv şəkildə böyüdüyü dövrdə, həyatın ilk mərhələlərində dəyişikliklərə səbəb olduğuna inanmağa əsas yaradıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol