Ölən əzizləri ilə “danışmaq” üçün telefon köşkü tikdilər

04:04 09-03-2021 | icon 544 | Maraqlı
Ölən əzizləri ilə “danışmaq” üçün telefon köşkü tikdilər

2011-ci ildə baş verən dəhşətli zəlzələ və sunami qurbanlarının anıldığı bu günlərdə Yaponiya sakini insanların ölən doğmaları ilə “danışmaları” üçün telefon köşkü hazırlayıb.

 

Bu barədə “Swissinfo” xəbər yayıb.

 

Köşkün yaradıcısı Osuçi şəhərinin sakini İtaru Sasakidir. Onun sözlərinə görə, bu telefonla insanlar ölən əzizlərinin mobil telefonlarına zəng edir, onlarla canlı insan kimi ünsiyyət qurur, vidalaşır, həyatlarındakı dəyişikliklər və başqa məsələlər barədə danışırlar.

 

“Bəzi insanlar var ki, onlar bir daha görüşməyəcəklərni bildikləri halda deyəcəkləri sözlər vardı”, - deyə Sasaki bildirib.

 

“Külək telefonu” adını alan köşkə hazırda bütün Yaponiyadan minlərlə adam axışır. Onu təkcə sunamidən sağ qurtulanlar deyil, həmçinin başqa vəziyyətlərdə qohumlarını itirənlər istifadə edirlər.

 

Sasakinin sözlərinə görə telefonla hətta Böyük Britaniya və Polşadan maraqlanıblar. Orada da insanlar koronavirusa görə həyatını itirən əzizlərinə zəng etmək istəyənlər üçün belə bir köşk hazırlamaq istəyirlər.

 

Xatırladaq ki, 2011-ci ilin martın 11-də Yaponiyanın Honsyu adasının şərq sahilində zəlzələ baş verib. Təbii fəlakət 16 min insanın həyatına son qoydu.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi