"Kişilər hər gün belə qayğıkeş, mehriban, sevgi dolu olsunlar"
“Nə yaxşı ki, QADIN yaradıb Allah bizi”
Sosial şəbəkələr bu gün siyasilərin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik paylaşımları ilə bəzənib. Hər kəs Azərbaycan xanımını təbrik edir, ürək sözlərini və arzularını bölüşür.
Versus.Az həmin təbrikləri təqdim edir:
"Hər zaman könlümüz fərəh hissi ilə sevinsin"
“Bu cümlələri oxuyan hər kəsə:
Sabahınız xeyir olsun! Allahın sevgisi, nəvazişi, mərhəməti ilə nurlanıb ətrafındakılara da nur, səadət, rahatlıq paylayan, ocaqlarda atəş, çaylarda su, dağlarda əzəmət, çöllərdə çiçək olan həmcinslərim - gözəl xanımlar! Nə yaxşı ki, QADIN yaradıb Allah bizi!
Nə yaxşı ki, QADIN var bu dünyada!
Nə yaxşı biz varıq! Əsgər yetisdirən, Vətən qoruyan övladlar tərbiyə edirik! Bu həyatın möhnətinə dözmək, bir şirinin xatirinə min acını yemək, ailə ocağının Qorçusu, dünya qəhrinin daşıyıcısı olmaq şansını bizə əmanət verən Uca Rəbbimdən hər birinizə könül xoşluğu, sevinc, təbəssüm, cansağlığı təmənna edirəm, yeni illərin daha gözəl bayramlarının sevincini arzulayıram!
Qoy kişilər hər gün belə qayğıkeş, mehriban, sevgi dolu olsunlar!
Hər zaman könlümüz fərəh hissi ilə sevinsin, Oğul övladlarınızdan yarıyasınız, ər evinə yolladığınız qızlarınızdan nigaran qalmayasınız! Qoy nəvələr, nəticələr sizi heç unutmasın!
Kaş ki, biz də Allahın lütf ilə bizə verdiyi o adilliyi, o aqilliyi, o təmkini, o etibarı, inamı, sədaqəti, vəfanı qoruyub saxlaya bilək!
Di Bayramınız mübarək! Canınız sağ, ömrünüz bərəkətli olsun!
Tanrı sizə yar olsun!”
Telli Pənahqızı
/Əməkdar mədəniyyət işçisi/
"Ən xoş arzularla..."
“Əziz Ana, Bacı və dəyərli xanımlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, ən xoş arzularımı bildirirəm”.
Aydın Mirzəzadə
/deputat/
"Həyatınız gül kimi ətirli, bulaq kimi..."
“8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətlə gülərüz, mehriban, gözəl və cazibədar Azərbaycan qadınlarını təbrik edir, onlara həyatlarının gül kimi ətir saçmasını, bulaq kimi şəffaf olmasını və günəş kimi saçmasını arzulayıram”.
Fuad Əliyev
/ALDP sədri/
"Daha xöşbəxt və baxtəvər həyatınız olsun"
“Əziz Şəhid anaları və bacıları, müharibəyə əsgər göndərən ana və bacılar, pandemiyanın yaratdığı məşəqqətlər içində evinin-eşiyinin yükünü daşıyan ana və bacılar - bütün Azərbaycan və digər ölkələrdə yaşayan həmvətən, həmmillət xanımlarımız, 8 mart Qadınlar bayramınız mübarək olsun!
Sizlərin hər birinə xöşbəxtlik, səadət və ləyaqətli həyat arzulayıram. Biz hər il arzu edirik ki, qoy növbəti bayramınız daha gözəl olsun, qarşılaşdığınız, üzləşdiyiniz çətinliklər geridə qalsın. Təəssüf ki, sizlər onları onilliklərdir ki, illərdən illərə daşıyırsınız.
Heç olmasa, indi - bu gün, 2021-ci il və sonrakı illərdə zəfər çalan xalqın qadınları kimi daha xöşbəxt və baxtəvər həyatınız olsun. Mən üzərimə düşən, gücüm çatan hər bir addımı atmağa hazıram və əlimdən gələni edəcəyəm”.
Razi Nurullayev
/MCP sədri, deputat/
"Bir ömür boyu sizlərə borcluyuq"
“Əziz qadınlar,
Sizi Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edirəm. Dəyərli şəhid anaları, bacıları, həyat yoldaşları, qız övladları sizləri ürəkdən təbrik edirəm, qarşınızda baş əyirəm. Bir ömür boyu sizlərə borcluyuq.
Zərif olduğu qədər güclü varlıqlar, 1 gün deyil, 365 gün sizlər üçün bayram olsun”.
Könül İsmayılova
/MMP sədr müavini/
"Bu, hər bir Azərbaycan kişisinin borcudur"
“Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Eyni zamanda, bütün Şəhidlərin həyat yoldaşlarını, analarını, bacılarını, qızlarını bu gün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu xanımların bu gün o şəhid qəhrəmanlarımızdan eşidə bilmədikləri təbrikləri bütün bayramlarda onların adından səsləndirmək hər bir Azərbaycan kişisinin borcudur.
Eyni zamanda bütün ictimai-siyasi xanımları Prezidentin dediyi kimi, dialoqlarda aktiv olmağa səsləyərək, partiyaya dəvət edirəm”.
Hafiz Hacıyev
/MMP sədri/
"Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir"
“Əziz və dəyərli xanımlar, əziz analar və bacılar, sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm!
Əziz qadınlar, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firəvan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram. Sizlər buna layiqsiniz və öz ağlınızla, mətanətinizlə, sədaqətinizlə, cəsarətinizlə, əqidənizlə bunları haqq etmisiniz.
Ananın, qadının cəmiyyətdəki yeri əvəzedilməzdir. Qadınların olduğu yerdə ədalət, əxlaq, huzur, fayda, qayda-qanun, cəmiyyətin inkişafı var.
Son illər bütün dünyada olduğu kimi ölkəmizdə də qadınların ictimai-siyasi və mədəni proseslərdə rolu getdikcə artmaqdadır. Bizim üçün xüsusilə xoşdur ki, Azərbaycan qadınları da ölkənin və cəmiyyətin həyatında getdikcə daha fəal şəkildə iştirak edirlər. Sizlərin daha aktiv, qurucu, yaradıcı, prinsipial olmağınızı və enerjinizin, zamanınızın bir qədər çoxunu ictimai-siyasi və mədəni proseslərə ayırmağınızı arzulayıram.
Azərbaycan qadını həm də işğaldan torpaqlarımızı azad edən ŞƏHİDlərimizi, QAZİlərimizi dünyaya gətirən müqəddəs anadır, onların bacısıdır, həyat yoldaşlarıdır, gərəkəndə Azərbaycan qadını ŞƏHİD ARƏSTƏ ola bilir... ŞƏHİDlərimizin ruhları qarşısında baş əyir, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı diləyirəm. Qoy, o anaların, o bacıların, o həyat yoldaşlarının bundan sonra ömürlərini elə yaşamaq nəsibləri olsun ki, ŞƏHİDlərimizin ruhu şad olsun, gözləri arxada qalmasın. Biz o günlər üçün mübarizə aparırıq, onlar üçün çalışırıq...
Bayram kimi ömrünüz olsun, əziz xanımlar!
Sevgi və sayğılarla”.
İqbal Ağazadə
/Ümid Partiyasının sədri/
"Başda şəhid anaları, bacıları, həyat yoldaşları olmaqla..."
“Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Başda şəhid anaları, bacıları, həyat yoldaşları olmaqla bütün qadınları təbrik edirəm. Hər birinizə möhkəm cansaglıgı, xoş günlər arzu edirəm.
Cənnət analarımızın ayaqları altındadir.
Allah qadınlarımızı, analarımızı, bacılarımızı qorusun!”
Əlabbas Məhərrəmli
/politoloq/
"Ömür kitabınızın səhifələri heç vaxt solmasın"
“”Facebook” dostlarım arasında olan bütün xanımları, anaları, gənc qızları 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə təbrik edirəm! Arzum budur, hər zaman sağlam olasınız. Üzünüz gülsün, könlünüz şadlansın. Ailədə, işdə, cəmiyyətdə çəkdiyiniz zəhmət vaxtında və layiqincə qiymətləndirilsin. Sevginiz qarşılıqlı olsun. Həyatda təmənnasız məhəbbət, vəfa-sədaqət, bol ruzu-bərəkət nəsibiniz olsun! Baharın gəlişiylə ürəyinizdəki arzular da çiçək açsın! Sizə hədiyyə edilən ətirli güllərdən fərqli olaraq, ömür kitabınızın səhifələri heç vaxt solmasın!”
Etibar Babayev
/Əməkdar jurnalist/
"Allah onları da bizim üçün qorusun"
“Dostluğumda olan bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Bizim güllər qədər, bəzən güllərdən də gözəl, bəzən güllərdən də rəngarəng, qüllərin ləçəkləri bir neçə rəngdə olduğu kimi bizim də üzümüzdə və qəlbimizdə, görünən və görünməyən, dildə deyilən və deyə bilmədiyimiz arzularımız istəklərimiz var. Bu gözəlliklərin hər birini yaşamağı hər birimizə arzu edirəm. Hələ açılmayan qönçələr kimi daima gözəlləşmək və arzuların yenilənməsini arzu edirəm. Bir də bizi sevənlərin diqqət mərkəzindən əskik olmayaq. Allah onları da bizim üçün qorusun. Yaxşı ki varıq”.
Nərminə Abbasova
/həkim-terapevt/
"Təbəssūmūnūz mūkafatımızdır"
“Əziz xanımlar, 8 Mart Beynəlxalq Qadınlar Gūnū mūnasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz mənəvi dūnyamızın gözəl, istedadlı və bənzərsiz varlıqlarısınız. Bənzərsizĺik Sizə yaraşır. Bahar seli çaya, qəriblik qūrub çağına, məğrurluq dağa, dalğa dənizə yaraşan kimi...
Çöhrənizdənn təbəssūm əskik olmasın. Təbəssūmūnūz mūkafatımızdır”.
Elman Nəsirov
/deputat/
PƏRİ
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...