Bu müsahibə Britaniya monarxiyası ətrafında qalmaqal yaratdı

13:45 10-03-2021 | icon 235 | Dünya
Bu müsahibə Britaniya monarxiyası ətrafında qalmaqal yaratdı

Şahzadə Harri ilə Meqan Marklın müsahibəsi Britaniyada monarxiyaya son qoymaq barədə müzakirələrə səbəb olub.

 

Bu barədə “RİA Novosti” xəbər yayıb.

 

Baş nazir Boris Conson Britaniyada irqçilik üçün yer olmadığını deyib, ancaq kraliçaya və onun ölkədəki roluna heyran qaldığını vurğulayıb.

 

Leyboristlərin lideri Kir Starmer Meqanın gündəmə gətirdiyi məsələlərin - irqçilik və psixi sağlamlığın çox vacib olduğunu deyərək, buna çox ciddi yanaşmağın zəruriliyini vurğulayıb.

 

Bakinqem Sarayı isə hələ susqunluğunu qoruyur.

 

Ekspertlərin fikrincə, Harri və Meqanın kral ailəsinə qarşı ittihamları o qədər ciddidir ki, bu dəfə saray “heç vaxt şikayət etmə, heç vaxt izah etmə” prinsipinə əməl edə bilməyəcək.

 

Qeyd edək ki, müsahibə çıxmazdan əvvəl “Times” nəşri kraliçanın ona baxmaq niyyətində olmadığını, sarayın “ləyaqətlə susmağı” planlaşdırdığını yazmışdı. Bundan əlavə, monarx ailəsi hazırda uşaqların məktəbə qayıtması, peyvəndlərin effektivliyi barədə düşündüklərini, Markl ətrafındakı “sirklə” maraqlanmadıqlarını bəyan edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol