Andrey Mironovun son sözləri

14:00 10-03-2021 | icon 553 | Mədəniyyət
Andrey Mironovun son sözləri

Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvindt aktyor Andrey Mironovun ölümündən əvvəl son sözlərini açıqlayıb.

 

Bu barədə o, “Moskovskiy Komsomolets”ə müsahibəsində söyləyib.

 

Şirvindt baş verənləri hələ də unutmadığını deyib:

“Riqadakı o dəhşəti də, onu qollarımda “Fiqaro”dan çıxarmağımı da… hər şeyi dünənki kimi xatırlayıram. Həmin vaxt keçirdiyim hisslərimi də xatırlayıram, onun son sözlərini də - “Şura, başım…”. Bu isə 34 il əvvəl baş verib”, - teatrın rəhbəri olanlar barədə danışarkən bildirib.

 

Qeyd edək ki, Şirvindt 1987-ci ildə Riqaya qastrola gedən Mironovla bir yerdə olub. Artist elə Riqa Operasının səhnəsində huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan aktyora beyin qanaxması diaqnozu qoyulub.

 

Həkimlərin səyinə baxmayaraq, Mironovun həyatını xilas etmək mümkün olmayıb; o, iki gün sonra 47 yaşında vəfat edib.

Mironov anadangəlmə anevrizmadan əziyyət çəkirdi. Bu xəstəliyin olması halında, uzun müddət davam edən fiziki fəaliyyət qəti şəkildə əks göstərişdir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...