Avtomobillərin idxalı ilə bağlı yeniliklər GÖZLƏNİLİR

10:50 10-03-2021 | icon 309 | İqtisadiyyat
Avtomobillərin idxalı ilə bağlı yeniliklər GÖZLƏNİLİR

Elektrik mühərrikli avtomobillərin Azərbaycana idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması gözlənilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilir.

 

Bildirilir ki, məqsəd ekoloji və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir.

 

Həmçinin hibrid avtomobillərin idxalı zamanı da güzəştlərin olması təklif edilir.

 

Belə ki, hibrid avtomobillər idxal olunarkən onların əlavə dəyər vergisindən azad olunması gözlənilir.

 

Həmçinin istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması istiqamətində işlər aparılır.

 

Hesabatda o da yazılıb ki, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində müvafiq işlər aparılır.

 

Qeyd edək ki, “Milli Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya qanununa əsasən, Nazirlər Kabineti hər il parlamentin yaz sessiyasının beşinci iclasında özünün fəaliyyəti haqqında hesabat verir.

 

Bu, bir qayda olaraq mart ayına təsadüf edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin