Yeniyetmənin burnundan təxminən doqquz il əvvəl orada ilişib qalmış güllə çıxarılıb.
Bu barədə “LiveScience” xəbər yayıb.
Bildirilir ki, yeniyetmə 15 yaşı olanda mütəxəssisə müraciət edərək burun tıxanıqlığından və qoxu hiss etməməsindən şikayət edib. Endoskopla pasiyenti müayinə edən həkim onun burun çanaqlarının böyüdüyünü müəyyən edib. Bu səbəbdən o, yeniyetməyə sprey və antiqistamin preparatı yazıb, bir neçə həftə sonra yenidən müayinə olunmasını istəyib.
Yeniyetmə bir il sonra qayıdıb. O, dərmanların kömək etmədiyinə, əvvəlki simptomlara isə daha birinin əlavə olunduğunu deyib. Yeniyetmənin sözlərinə görə, burnunu siləndə otağı üfunət iyi bürüyür.
Kompyuter tomoqrafiası pasiyentin burnunda 9 mm-lik yad cisim müəyyən edib. Onun burnu əməliyyat olunub və metal diyircəkli şar çıxardılıb.
Məlum olub ki, yeniyetmə 8-9 yaşında olarkən ona pnevmatik silahdan atəş açılıb. Güllənin burnuna girdiyini uşaq hiss etməyib. İlk günlər simptom hiss etmədiyindən valideynləri onu həkimə aparmayıb.