“Ermənistanın suveren hökuməti yoxdur”

17:44 11-03-2021 | icon 492 | Geopolitika
“Ermənistanın suveren hökuməti yoxdur”

Rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov bölgənin iqtisadi xəritəsinin necə dəyişməsi, yeni nəqliyyat dəhlizlərinin kimə sərf etməsi və Ermənistandakı bəzi qüvvələrin niyə əməkdaşlığa qarşı çıxması barədə caliber.az-a müsahibə verib.

 

O bildirib ki, yeni nəqliyyat dəhlizlərindən bölgədəki bütün ölkələr faydalana bilər:

 

“Ancaq təbii ki, vəziyyət elədir ki, obyektiv olaraq ən çox Azərbaycan, İran, Rusiya, Türkiyə, Pakistan və Hindistan qazanır. Amma milli administrasiyası olmayan Ermənistanla bağlı sual açıq qalır. Ermənistanın suveren hökuməti yoxdur. Ona görə də, bölgədə siyasi və coğrafi dəyişikliklər bu qədər çətinliklə əldə edildi, sülh yolu ilə həll olunası məsələni (Azərbaycan - red.) hərbi yolla əldə edildi”.

 

İqtisadçı vurğulayıb ki, “Böyük Ermənistan” xülyasının reallaşması mümkün deyil:

 

“Azərbaycan mühüm tranzit ölkəsidir və Ermənistan bu imkanlardan istifadə etməyə hazır deyil. “Böyük Ermənistan” militarist strategiyasının vaxtı keçdi, onun həyata keçirilməsi mümkün deyil. Ancaq nə qədər ki, Nikol Paşinyan hakimiyyətdədir, rasional iqtisadi-ticarət strategiyası da işləməyəcək”.

Müsahibənin tam mətni ilə Caliber.az saytından tanış ola bilərsiz.  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi