Fuad Əliyevin müşavirindən nazirə intiharla bağlı ÇAĞIRIŞ
Dinarə Məmmədova: "Psixoloji baxımdan təhlükəli olan oyunlara girişi bağlayın"
"Son vaxtlar intiharların sayı artıb və bu yola daha çox yetkinlik yaşında olan şəxslər üz tutur. Bu isə cəmiyyətdə böyük narahatlığa səbəb olur".
Versus.Az xəbər verir ki, bunu ölkədə intiharların sayının artması ilə bağlı narahatlığını ifadə edərkən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.
Partiya yetkilisi təəssüflə qeyd edib ki, intihara əl atanların əksəriyətini yeniyetmələr təşkil edir:
"Bir neçə il əvvəl internetdə dünyada təhlükəli oyunlar yeniyetmə və uşaqların arasında populyarlaşmağa başlamışdı. Həmin oyunlarda müxtəlif tələbləri yerinə yetirmək lazımdır. Bu oyunlar xüsusilə də yeniyetmələrdə çox ağır psixoloji sarsıntılar yaradır.”
Daha sonra sosial problemlərin artmasını qeyd edən Dinarə Məmmədova bildirib ki, son illər insanların problemləri, gərginlikləri daha da artıb:
"Ailədə valideyinlər sosial problemlərin həlli ilə məşğuldular. Bu problemləri həll edə bilməyəndə ailələrdə gərqinlik yaranır. Uşaqlar nəzarətsiz qalır. Bu oyunların və digər problemlərin gərginliyində qalan, həll yolu tapa bilməyən şagirdlər, yeniyetmələr intihar yolunu seçirlər. Bu, çox təhlükəli prosesdən xəbər verir.”
Dinarə Məmmədova nazir Rəşad Nəbiyevə müraciətlə “mən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə müraciət edirəm, bu psixoloji təhlükəli olan oyunlara girişi bağlayın, bu, sizin əlinizdədir"- dedi.
Xanım siyasətçi hesab edir ki, ümumiyyətlə, mediada intihar halları ilə bağlı məlumatlar işıqlandırılmasın:
"Azərbaycanda internet təhlükəsizliyi ilə bağlı konkret addımlar atılmalıdır, bu tipli oyunlara məhdudiyyətlər tətbiq edilməlidir və istifadəsi tamamilə qadağan olunmalıdır. Əks təqdirdə bizi xoş olmayan hadisələr gözləyir”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"