Yeni virus insandan insana keçə bilər
Quş qripi insandan insana keçə bilər.
TASS xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) rəhbəri Anna Popova bildirib.
Onun sözlərinə görə, quş qripi fevral ayında bir neçə rusiyalıda aşkar edilən quş qripinin yeni ştamı A(H5N8) böyük ehtimalla tezliklə mutasiyaya uğrayaraq insandan insana keçə biləcək.
Popovanın sözlərinə görə, mütəxəssislər hazırda bu məsələ üzərində işləyir, testlər və peyvənd hazırlayırlar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"