Əfv və böyük amnistiya olacaq

13:25 12-03-2021 | icon 664 | Cəmiyyət
Əfv və böyük amnistiya olacaq

Novella Cəfəroğlu: "Bu dəfə daha çox məhbusun azadlığa çıxacağını gözləyirik"

 

“Novruz bayramı ilə əlaqədar əfv sərəncamı 100 faiz olacaq. Bu dəfə daha çox məhbusun azadlığa çıxacağını gözləyirik”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.

 

Onun sözlərinə görə, yaxın vaxtlarda iki dəfə əfv sərəncamının imzalanacağı gözlənilir:

 

“İşçi Qrupdan Əliməmməd Nuriyev oradadır. Bilirik ki, əfv sərəncamı imzalanacaq. Özü də deyəsən, bu il iki dəfə məhbusların bağışlanılması gözlənilir. Böyük amnistiya da olacaq. Biz belə eşitmişik”.

 

Hüquq müdafiəçisi əfv və amnistiya ilə bağlı müəyyən detalları da açıqlayıb:

 

“Yəqin ki, böyük amnistiya qələbəyə görədir. Biz öz siyahımızı Əfv Komissiyasına göndərmişik. Siyahıya 38-39 nəfərin adı salınıb. Kimlərin azad olunacağı Əfv Komissiyasının Prezidentə təqdim etdiyi siyahıdan asılıdır. Xeyli məhbusun azadlığa çıxacağını gözləyirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...