ABŞ konqresmenlərinin Azərbaycana növbəti “hərbi əsir” həmləsi nəyi vəd edir

14:22 12-03-2021 | icon 966 | Geopolitika
ABŞ konqresmenlərinin Azərbaycana növbəti “hərbi əsir” həmləsi nəyi vəd edir

“Azərbaycanpərəst konqresmenlər durub demir ki, ermənilər minalanmış ərazilərin xəritəsini niyə vermir”

 

Xəbər verildiyi kimi, ABŞ Konqresi II Qarabağ savaşından sonra Azərbaycan ərazilərinə soxularkən həbs edilə 60-dan çox diversant qrupun azad olunması, geri qaytarılması ilə bağlı məsələni müzakirəyə çıxarıb. Konqresmenlər Azərbaycana qarşı sanksiyanın qəbul olunmasına çalışır. Bir çox ekspertlər bu məsələnin Paşinyanla ABŞ dövlət katibi arasında baş tutan telefon danışığından sonraya təsadüf etdiyini bildirib. ABŞ Konqresinin Azərbaycanda həbsdə olan 60 diversantın hərbi əsir kimi Ermənistana təhvil verilməsi ilə bağlı maraqlarının arxasında nə dayanır?

 

“Bu, 30 ildə Qərbin Azərbaycana qarşı sərgilədiyi  neqativləridən biridir”

 

 

 

Politoloq Ramiyə Məmmədova açıqlamasında bildirib ki, erməni hərbi əsirlərlə bağlı ABŞ-ın Azərbaycana qarşı qaldırdığı məsələnin arxasında Türkiyə faktoru da var.

 

Onun sözlərinə görə, Qərb Türkiyənin regiona daxil olmasını və Azərbaycanla bir arada regionun güc dövlətlərinə çevrilməsini həzm edə bilmir:

 

“Bu gün Yunanıstanda, Ağ dənizdə gedən proses ABŞ-ın, Avropanın Türkiyəyə qarşı dayanmasını göstərir. Eləcə də Türkiyənin Rusiya ilə əmkdaşlığı, sövdələşmələri Avropanı, Qərbi qane edə bilməz. Amerika Türkiyəni itirməmək üçün hər şey edir. Bu baxımdan da Türkiyənin bu gün regionda Azərbaycanın yanında olması, getdkcə regiona daxil olması, Qərbin xoşuna getmir. Bu, Rusiyanın da xoşuna gəlmir. Sadəcə olaraq Rusiya iqtisadi baxımdan ağır durumda olduğuna görə Türkiyə və Azərbaycanla sövdələşmək məcburuyyətindədir. Bu cür sövdələşmələrin gələcəkdə nəyə gətirib çıxaracağını qərb gözəl blir. Qərb Türkiyəni itirmək istəmir. Tramp hakimiyətində S-400, F-35 məsələlərində Türkiyə ilə Amerika arasında yaşanan gərginlik bu günə qədər çözülməyib. Bunun da Azərbaycanla münasibətlərə təsiri var”.

 

Politoloq heç şübhəsiz ki, burada erməni lobbisinin böyük rol oynadığını bildirib:

 

“Erməni lobbisi Amerikada, Avropada təsirə malikdir.  Makronun verdiyi bəyanatlar, Baydenin  göstərdiyi fəaliyyət bu məsələdə öz rolunu oynayır. Erməni lobbisi geniş fəaliyyət göstərir. Azərbaycana qarşı qəbul olunan qətnamələr erməni lobbisinin çalışmalarının nəticəsidir. Müharibədən sonra 60-dan çox erməni silahlılarnın Azərbaycan ərazisinə daxil olaraq diversiya yaratmaq istəklərinin qarşısının alınması və bir cinayətkar olaraq yaxalanması faktına göz yumurlar. O əsirlər diversantdırlar. Onlar üçtərəfli saziş bağlanandan sonra Azərbaycana soxulan silahlı dəstələrdir. Onlar məhkəməyə verilməli cəzalandırılmalıdırlar. Qərb hər zamankı məkirli rolunu oynayır. Rusiyanın Türkiynin regionda təsir gücünün çoxaldığını görərək Azərbaycana təsir göstərib, özü də prosesə qatılmaq istəyir”.

 

Politoloq hesab edir ki, ermənipərəst konqresmenlərin bu cür çıxışlarına baxmayaraq, iqtisadi baxımdan Azərbaycana heç bir təsir göstərə bilməz. ABŞ Konqresində Azərbaycana qarşı aparılan bu müzakirələr, Qarabağ məsələsində heç bir əks təsirə malik ola bilməz. Bu, 30 ildə Qərbin Azərbaycana qarşı  sərgilədiyi neqativlərdən biridir.

 

“10 noyabrdan sonra ələ keçirilən erməni terrorçusu hərbi əsir sayıla bilməz”

 

 

 

 

Politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığına diqqət çəkərək, bu təşəbbüsün İrəvandan gəldiyini  və hərbi əsirlərlə bağlı müzakirələrin bundan əvvəl başladığını deyib.

 

Politoloq bildirib ki, Nikol Paşinyan Entoni Blinkeni dövlət katibi vəsifəsinə təyin olunması münasibətilə təbrik edəndən sonra hər zaman olduğu kimi danışdığı tərəflə “əsirlərə” görə Azərbaycandan şikayət edib, Vaşinqtondan dəstək istəyib:

 

“Böyük ehtimalla Blinken bu məsələyə reaksiya verməyib, əks halda erməni saytları yazardılar ki, “dövlət katibi əsirlərin qısa zamanda təhvil verilməsini istəyib. Digər tərəfdən, Nikol Paşinyan növbəti yaltaq cümlə işlədərək ABŞ-ın ATƏT-in Minsk Qrupundakı rolunu yüksək qiymətləndirib. Halbuki vasitəçilərin turist səfərlərini nəzərə almasaq, ABŞ-ın Minsk Qrupunda elə bir fəallığı yoxdur. Buna baxmayaraq, Entoni Blinken Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunu davam etdirməyə hazır olduğunu bildirib. Blinken bununla demək istəyib ki, Vaşinqton Rusiyanın Dağlıq Qarabağ məsələsində təkbaşına fəallığından narahatdır və Amerika da oyundadır. Daha sonra Entoni Blinken ABŞ-ın demokratiya sahəsində Ermənistana islahatlar aparmaqda və korrupsiya ilə mübarizədə kömək edəcəyini deyib. Bununla Blinken faktiki demək istəyib ki, Ermənistanda çevrilişə qarşıdırlar, qanuni hökuməti dəstəkləyirlər və korrupsiyaya bulaşmış, o cümlədən Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gəlişinin əleyhinədirlər. Dövlət Departamentinin Ermənistana 150 min dollar ayrımasını açıqlaması da bundan xəbər verir. Əlbəttə, Amerika üçün 150 min dollar gülməli rəqəmdir. Ancaq Vaşinqton elə bu məbləğlə demək istəyir ki, Paşinyanı dəstəkləyirlər. Nikol Paşinyanın Blinkenə zəngi və Vaşinqtondan dəstək istəməsi Kremlin xoşuna gəlməyəcək. Bunu Paşinyan da anlayır. Ancaq Nikol Paşinyan hakimiyyətini xilas etmək üçün saman çöpündən yapışmağa da hazırdır, sadəcə Vaşinqtonun Cənubi Qafqazda rolu və mövqeyi xeyli azalıb. Balansı qorumaq naminə Vaşinqtondan Bakıya da zəng ediləcəyi ehtimalı yüksəkdir”.

 

E.Şahinoğlu bildirib ki, Paşinyanın yalvarışlarına, yaltaqlığına baxmayaraq ABŞ Konqresi “hərbi əsir” adı ilə diversantların geri qaytarılması ilə bağlı Azərbaycana heç bir təsir göstərə bilməz. Onun sözlərinə görə, erməni konqresmenlərin qaldırdığı bu məsələ müəyyən bir qrup tərəfindən həyata keçirilir:

 

“Biz dəfələrlə demişik ki, 10 noyabrdan sonra ələ keçirilən bir qrup erməni terrorçusu bizim üçün hərbi əsir sayıla bilməz. 10 noyabr bəyanatına görə rus hərbçilərinin bölgəyə daxil olması ilə paralel erməni silahlı qüvvələri bölgəni tərk etməlidir. 10-na qədər əsir dəyişdirilib, amma 10-dan sonra artıq hərbi əsrilərlə bağlı razılaşma pozulub. Əslində Azərbaycan bu məsələni dünya ictimaiyyəti qarşısında qaldırmalıdır. Eləcə də biz dünya ictimaiyyətinə minalanmış ərazilərlə bağlı xəritələrin verilmədiyini çatdırmalı və ermənistan qarşısında qəti məsələ qaldırılmasını tələb etməliyik. Amma biz yenə də ermənipərəst konqresmenlərin daha fəal olduğunu dörürük”.

 

Politoloq hesab edir ki, belə bir şəraitdə Azərbaycanın xarici ölkələrdəki səfirləri, eləcə də diasporalar minalanmış xəritələrlə bağlı çıxışlar etməli, dünyanın diqqətini buna yönəltməlidir:

 

“Amerikanın bölgədə elə bir nüfuzu qalmayıb. Dəfələrlə bizə qarşı belə sənədlər qəbul ediblər. Bunun başında isə 1992-ci ildə Azərbaycana qarşı qəbul olunan 907-ci düzəlişi qeyd etmək olar.  Amma buna baxmayaraq  Azərbaycan əleyhinə qərarlar qəbul etməkdə maraqlı olan ölkələrdəki səfirlərimiz, o cümlədən ABŞ-da, Fransada, Hollandiyadakı səfirlərimiz fəal olmalıdırlar.  Azərbaycanın haqlı mövqeyini dünyaya izah etməlidirlər. Biz hər dəfə şikayətlənirik ki, ermənipərəst konqresmenlər Azərbaycana qarşı çıxır. Nəyə görə bir dəfə də olsun Azərbaycanpərəst konqresmenlər durub demir ki, ermənilər minalanmış ərazilərin xəritəsini niyə vermir. Yaxud, nəyə görə Ermənistanın rəsmiləri Azərbaycana qarşı ağzına gələni danışır, amma bizim Xarici işlər Nazirliyi bunlara qarşı cavab vermir. Azərbaycan hər bir görüşdə, tədbirdə minalanmış ərazilərin qaytarılması məsələsini qaldırmalıdır. Bizim nazir bütün görüşlərdə minalanmış ərazilər məsələsini qaldırmalıdır. Bizim fəaliyyətimizdə də zəiflik var. Düşmənə qarşı qabaqlayıcı addımlar atmalıyıq”.

 

Politoloq bildirib ki, Amerikanın Qafqazda təsir alətləri yoxdur. Türkiyənin bölgədə yerləşməsini Rusiya artıq qəbul edib. Artıq bölgədə iki əsas oyunçu güc var:

 

“Türkiyə Cənubi Qafqazda yerləşdi, amerika da bunu anlayır və buna mane ola bilməz, Ermənistanın əli ilə müharibə apara bilməz. Ermənisanda xaosdur, elə güclü dövlət deyl ki, onun əli ilə bölgəni qarışdırsın. Türkiyəni bölgədən çıxarmaq mümkün olmayacaq. Bunda Rusiya, İran, Gürcüstan da maraqlıdır. Hətta Paşinyn özü də bunda maraqlıdır. Hələlik Ermənistandakı vəziyyətə görə əl-qolu bağlıdır. Bir müddət keçəcək, 10 noyabr bəyanatını yerinə yetirməyə məcbur olacaq”.

 

Politoloq mövcud geosiyasi reallıqlar fonunda Konqresdə qəbul olunacaq hər hansı bir sənədin təsir gücünə sahib olmayacağını deyib. Onun sözlərinə görə, Konqresdə qəbul olunan ermənipərəst sənəd yalnız Amerikanın özünə zərər verəcək və bu, Azərbaycanla  aralarında məsafənin saxlanılmasına səbəb olacaq.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol