Uzun müddət qulaqlıq taxmanın RİSKLƏRİ

10:37 13-03-2021 | icon 273 | Sağlamlıq
Uzun müddət qulaqlıq taxmanın RİSKLƏRİ

Qulaqlıqların uzun müddət istifadəsi göbələkli otitin (otomikoz) inkişafı və qulaq çirki tıxacının əmələ gəlməsi ilə nəticələnə bilər.

 

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ali dərəcəli otorinolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaytsev xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, ən böyük riski eşitmə cihazlarından istifadə edənlər və ya “zəng mərkəzi” işçiləri kimi saatlarla qulaqlıq istifadə edənlər daşıyır.

 

Bundan əlavə, uzun müddət yüksək səsli musiqi dinləmə eşitmə ilə bağlı problemlər yarada bilər.

 

“İctimai nəqliyyatda qulaqlıq istifadə etməmək daha yaxşıdır - orada çox səs-küylüdür. Bundansa işə gedərkən açıq havada istifadə etmək daha yaxşıdır. Müddət - gündə iki dəfə yarım saat və əlbəttə ki, maksimum səs səviyyəsində deyil, 50 faizdən çox olmamaqla. Beləliklə qulağımıza zərər vermərik”, - deyə Zaytsev bildirib.

 

Onun sözlərinə görə, qulaq çanağını tamamilə əhatə edən studiya qulaqlıqlarından istifadə etmək daha təhlükəsizdir. Bu cihazlar insanı ətrafdakı səslərdən təcrid edir və rahatlıqla dinləməyə imkan verir.

 

Qulaq kanalına daxil olan qulaqlıqlar daha təhlükəlidir, çünki daha dərin yerləşdirilməlidir. Bu səbəbdən qulaq çirki preslənir və qulaq pərdəsinə yapışır, bu da çirk tıxacını sıxlaşdırır. Əvvəlcə qulaq tıxanıqlığı hissi yarana bilər, daha sonra isə otit (orta qulaq iltihabı) inkişaf edəcək.

 

“Eyni zamanda qulaqlıq qulaq pərdəsində dayanır və daxili qulağa güclü şəkildə təsir edir. Bundan eşitmə hüceyrələri zədələnir və geri dönüşü olmadan məhv olur”, - deyə həkim vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI